FaktXeber.com-un Rusiyanın “Qazeta.ru” saytına istinadən verdiyi məlumata görə, keçmiş Sovet diktatoru İosif Stalinin qızı Svetlana Stalin 85 yaşında dünyasını dəyişib. Svetlana Stalin atasının dövründə cah-cəlal içində yaşasa da, o vaxtın bir çox cinayətlərinin şahidi olmuşdu. Svetlana bütün başına gələn hadisələri özünün “Dosta 20 məktub” kitabında işıqlandırıb. O, 3-cü dəfə həyat qurarkən hindistanlı kommunistlə evlənir. Amma onun bu seçimi də uğursuz olur. Nəhayət soyuq müharibənin ən qızğın çağında, yəni 1967-ci ildə Svetlana Stalin ABŞ-ın Dehlidəki səfirliyinə müraciət edərək bu ölkədən sığınacaq alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.