Film Azərbaycan dilində İranın "Səhər" kanalı vasitəsiylə nümayiş etdirilir
29-11-2011 / 14:22
Həzrət Yusif filmindən sonra İran kinematoqrafçıları tamaşaçılara daha bir filmi – “Muxtarnamə”ni təqdim ediblər. Film 40 seriyadan ibarətdir.
FaktXeber.com-un verdiyi məlumata görə, İranın “Səhər” kanalı ilə axşam saat 20.00-da yayımlanan, təkrarı isə 17.00-da nümayiş etdirilən filmdə Kərbəla hadisələri və bu hadisələrdən sonra özünün mərdanəliyi və şücaəti, düzgünlüyü və gözütoxluğu, həmçinin zəhmətkeşliyi və təmkini ilə tanınmış Muxtar ibn Əbu-Übeyd əs-Səqəfidən bəhs edilir.
Muxtar, İmam Hüseynin qisasını almaq hədəfini güdən qiyama qərar verir; qətiyyətlə onu həyata keçirir və məqsədinə çatdırır...
Filmin sonunda qiyam qəhrəmanı Muxtar, xain Abdullah ibn Zübeyrin əli ilə şəhadətə yetirilir.
Film Azərbaycanın “KainatFilm” studiyası tərəfindən dublyaj olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.