Azərbaycanda qəzet baş redaktoru dələduzluğa görə həbs edilib
29-11-2011 / 12:56
FaktXeber.com xəbər verir ki, Azərbaycanda qəzet baş redaktoru tutulub. Bu barədə Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Gəncədə fəaliyyət göstərən “Düz Xəbər” qəzetinin baş redaktoru Habil Allahyarov dələduzluqda təqsirli bilinərək saxlanılıb. O, bir neçə şəhid ailəsindən pul alaraq onları evlə təmin edəcəyini vəd edib. Bundan başqa, H. Allahyarov daha bir neçə nəfərdən pul alaraq onları işə düzəltmək adı ilə aldadıb. Hazırda H. Allahyarovun digər dələduzluq əməllərinin olub-olmaması araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.