FaktXeber.com-un verdiyi məlumata görə, Farer adaları sahilində baş verən delifin qətliamı indiyə kimi qeydə alınmışların ən qanlısı hesab edilir.
Farer adaları Daniya Krallığının muxtariyyətidir və buradakı qanlı ənənə 10 əsrdir davam edir.
Belə ki, bir neçə gün əvvəl onlarla qayıq qara delfinlər qrupunu Qrindadarb buxtasına doğru qovublar. Və burada da qətliamı törədiblər. Kiçik canlılarla qidalanan bu delfinlərin əti və piyi yerli xalqın milli dietası hesab olunur və ona görə də bu cür ov kommersiya məqsədli hesab edilmir.
Demək olar ki, bütün beynəlxaql təşkilatlar bu qanlı olayı pisləyiblər. Hər il bu cür qətliamda 950 canlı öldürülür. Bundan da 500 ton ət, piy alınır və bu da yerli əhalinin ət tələbatının 30 faizi deməkdir.
Qeyd edək ki, bu olayda ancaq kişilər iştirak edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.