Latviyada çıxış edən Vüqar Əsgərov özünü yaxşı tərəfdən göstərməyə çalışacaq
28-11-2011 / 12:40
Futbol üzrə Azərbaycan yığmasına daha bir legioner futbolçu cəlb edilib. FaktXeber.com-un AFFA-ya istinadən verdiyi məlumata görə, baş məşqçi dekabrın 5-dən 8-dək Bakı şəhərində Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışına Latviyadan futbolçu dəvət edib.
Latviyanın “Metallurq” (Liepaya) klubunun hücumçusu Vüqar Əsgərov ilk dəfə yığmanın düşərgəsində özünü göstərməyə çalışacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.