Aralarında azərbaycanlı, erməni, fransız, ingilis, rus və amerikalının da olduğu 361 alim, türk-erməni əlaqələrini bütün istiqamətdə incələyən 24 cildlik əsər hazırlayıb
28-11-2011 / 12:17
FaktXeber.com-un verdiyi məlumata görə, "Değişim" nəşriyyatının dəstəyi və Sakariya Universitetinin erməni kafedrasının müdiri prof.dr.Enis Şahinin redaktorluğu ilə, türk-erməni əlaqələrini bütün istiqamətləriylə ortaya qoyan 24 cildlik ensiklopediya hazırlanıb.
Aralarında azərbaycanlı, erməni, fransız, ingilis, rus və amerikalının da olduğu 361 alimin birgə əməmyi ilə yaradılan əsərdə 18 üst və 365 alt başlıq var. 5 ildə hazırlanan 24 cildilik 17 min səhifəlik əsərdə min illik türk-erməni əlaqələrini araşdırıb.
80 min sənədin araşdırılması nəticəsində yaradılan əsər, fərqli din və mədəniyyətdən olan türk və ermənilərin eyni cəmiyyətin bir parçası olaraq min ildən artıq müddətdə birlikdə yaşadığını göstərir. Əsərin bir başqa maraqlı tərəfi isə 1915-ci il hadisələrinə bağlı "erməni soyqırımı" iddiaların 100-cü ilinə hazırlıq aparan erməni diasporunun işlərindən əvvəl ortaya qoyulmasıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.