Prenyer Liqanın XIV turu liderin dəyişməsi ilə nəticələnib. Şəxsi oyunlardakı üstünlüyə əsasən lider olan "Neftçi" mövsümdə ilk dəfə 1-ci pilləyə qalxıb
28-11-2011 / 11:08
Ötən mövsümün çempionu cari çempionatda lider olan 3-cü komandadır. Turun gedişində, yəni ilk günün oyunların sonrakı turnir cədvəllərini nəzərə almayıb, yalnız turdan sonrakı nəticələrə baxsaq, “Neftçi”yə qədər yalnız AZAL və “Xəzər Lənkəran” lider mövqeyində qərarlaşıb. İlk turda zirvəni ələ keçirən “təyyarəçilər” avqustun 14-də “Xəzər Lənkəran”a uduzaraq liderliyi onlara verib. Həmin vaxtdan ardıcıl 12 tur hamıdan yüksəkdə olan “Xəzər Lənkəran” indi hakimiyyəti “Neftçi”yə verib. Cənubluların başa çatan hakimiyyəti 104 gün davam edib.
26 noyabr (şənbə)
18:00. "İnter" - AZAL - 1:1 26 noyabr 2011. Saat 18:00. "Şəfa" stadionu. 1600 tamaşaçı
13:30. "Bakı" - "Qəbələ" - 2:1
26 noyabr 2011. Saat 13:30. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı
14:00. "Qarabağ" - "Neftçi" - 1:2
26 noyabr 2011. Saat 14:00. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı
25 noyabr (cümə)
16:00. "Simurq" - "Xəzər Lənkəran" - 2:2
25 noyabr 2011. Saat 16:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
14:00. "Kəpəz" - "Turan" 1:1
25 noyabr 2011. Saat 14:00. Gəncə şəhər stadionu. 2000 tamaşaçı
14:00. "Sumqayıt Şəhər" - "Rəvan" 0:1
25 noyabr 2011. Saat 14:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 150 tamaşaçı
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.