"Çox təəssüf ki, son vaxtlar beynəlxalq birliklər tərəfindən Qarabağın Azərbaycan ərazisinin bir hissəsi olması kimi tanınması sevinclə qarşılanır"
26-11-2011 / 12:26
“Cenevrə Konvensiyasına görə, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı bir iqtisadi və infrastruktur dəyişikliklərə səbəb olacaq fəaliyyət apara bilməz.” Bunu xarici işlər nazirinin müavini Araz Əzimov Kəlbəcərdə ermənilər tərəfindən magistral yolun çəkilməsinə münasibət bildirərkən söyləyib. Artıq neçə illərdir ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ərazisində kifayət qədər iqtisadi və infrastruktur fəaliyyətlər həyata keçirdir. Bəs beynəlxalq təşkilatların Ermənistanın qeyri-qanuni həyata keçirdiyi fəaliyyəti qarşısında acizliyini və ya susqunluğunu nə ilə izah etmək olar? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavatın Partiyasının başqan müavini Arzu Səmədbəyli Qarabağ münaqişəsinin bu səviyyəyə gəlib çıxmasının əsas səbəbkarının Azərbaycan hakimiyyəti olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.