Riyaziyyat fənni üzrə keçiriləcək fənn aylığından məqsəd bu fənnin tədrisi səviyyəsini yüksəltməkdir
26-11-2011 / 11:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXeber.com-a verilən məlumata görə, dekabrda Bakı məktəblərində fənn aylığının keçirilməsi nəzərdə tutulur. Riyaziyyat fənni üzrə keçiriləcək fənn aylığından məqsəd bu fənnin tədrisi səviyyəsini yüksəltmək, eyni zamanda, ən yaxşı fənn müəllimlərini aşkar etmək, qabaqcıl müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır.
Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və “dəyirmi masa”lar təşkil ediləcək.
Sonda yekun konfrans keçiriləcək, riyaziyyat üzrə ən yaxşı açıq dərslər nümayiş etdiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.