"Qapıçının 11 metrlik cərimə zərbəsinin qarşısını alması daha böyük əks-səda doğuran bir hadisədir"
25-11-2011 / 17:00
Faktxeber.com-un verdiyi məlumata görə, Qalatasarayın Uruqvaylı qapıçısı Fernando Muslera penalti vuruşlarını sevdiyini deyərək, "qapıçının 11 metrlik cərimə zərbəsinin qarşısını alması daha böyük əks-səda doğuran bir hadisədir"-deyə bildirdi.
Fernando Muslera "Qalatasaray TV"də yayımlanan "Son Pas" proqramına qonaq olub. Beşiktaş qarşılaşmasında sərgilədiyi oyunu və çətin topları çıxartdığına görə, verilən sualları cavablandıran uruqvaylı qapıçı, "Fərdi olaraq mənim üçün çox əhəmiyyətli bir oyun idi. Türkiyədə derbi oyunların nə qədər əhəmiyyətli olduğunu da bilirəm. Buna görə də Beşiktaş derbisi kimi əhəmiyyətli bir mübarizədə göstərdiyim oyunum məni çox xoşbəxt etdi və mənə daha çox güvən qazandırdı",- dedi.
Qalatasarayda qapıçı məşqçisi Claudio Taffarellə işləməkdən məmnun olan Muslera daha sonra bunları dedi. "Taffarellə işləmək üçün özümü imtiyazlı hiss edirəm. Taffarel Qalatasaray üçün çox əhəmiyyətli işlər gördü, əhəmiyyətli müvəffəqiyyətlər qazandı. Bunlardan başqa yalnız Braziliyada deyil, Cənub Amerika ölkələrində də ideal biridir. Mən də belə bir şəxslə işləməkdən məmnunam."
Özünün, xüsusilə penalti zərbələrində göstərdiyi müvəffəqiyyətli çıxarışlarıyla tanınan uruqvaylı oyunçu, bunun üçün xüsusi bir məşq etmədiyini deyən Muslera "11 metrlik cərimə zərbələrini sevirəm. Penalti vuruşundan əvvəl bir az daha rahat olmağa çalışıram. qapıçının 11 metrlik cərimə zərbəsinin qarşısını alması daha böyük əks-səda doğuran bir hadisədir. Doğru vaxtı və doğru hərəkəti etməyə çalışıram"- deyə bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.