Uşaqlar danışmağa başladıqdan sonra başda valideynləri olmaqla ətrafda olan şəxslərin danışıqlarını yamsılayırlar
25-11-2011 / 16:52
Uşaqlar danışmağa başladıqdan sonra başda valideynləri olmaqla ətrafda olan şəxslərin danışıqlarını yamsılayırlar. Bunlada öz dillərini təkmilləşdirirlər. 3 yaşlı uşaq əsasən böyükləri təəccübləndirən sözlərdən istifadə edirlər. Biz onların bu sözləri hardan öyrəndiyini düşünürük.
Uşağın istifadə etdiyi pis sözə bizim gülərək verdiyimiz reaksiya onlara bu sözü bir daha istfadə etməyə şövqləndirir. Bəzən uşaqlara evdə "it", "eşşək" sözlərindən istifadə edirlər, biz isə çox sevinirik və əylənirik. Uşaqlar isə bu işin gözəl olduğunu düşünürlər. Bundan sonra daha modern söyüşlər öyrənməyə davam edirlər. Gözəl sözlər eşitdikdə isə bir o qdərə də müsbət reaksiya vermirik.
Ümumiyyətlə uşaqların gözlər sözlər öyrənməsində valideynlərin rolu böyükdür. Evdə kişi xanımına qarşı ehtiramla davranırsa, o zaman uşaqda istər-istəməz öz anasına hörmət edəcək. Bununla belə uşaqlar bəzən pis sözlər və tərbiyəni ya valideynlərindən ya da televiziyadan, ətrafdakılardan öyrənirlər.
Əgər uşaqlarınız hər hansı bir pis sözü və ya söyüşü təkrarlayırsa, onda onu cəzalandırmağa çalışmayın.
Cəza vermək yerinə müsbət ifadələrlə o sözün mənfi nəticələrini ona izah etməyə çalışın. Düzdür yaşı az olan uşağ pis sözlərin mənalarını anlamırlar. Amma bu onların yaddaşında həkk olunur. Uşaq, söylədiyi sözün nə qədər pis olduğunu valideynlərinin reaksiyasında anlaya bilər. Reaksiya verilmədiyi təqdirdə isə uşaq bunu adi bir şəkildə qəbul edir və istifadə etməyə davam edir. Gülərək reaksiya verildikdə isə uşaq valideynlərini əyləndirdiyini düşünərək yenə bu sözləri istifadə edir.
Nə etməliyik?
- Hər şeydən əvvəl uşağımıza duyğu və düşüncələrini ifadə azadlığı verməliyik.
- Yetkin bir fərd kimi onu dinləməliyik. Problemlərini və fikirlərini diqqətlə dinləməliyik.
- Uşaqlarımızın istifadə etməsini istəmədiyimiz sözləri biz də istifadə etməməliyik.
- Uşaqlarımız pis söz və ya söyüş istifadə etdikdə naraht olduğumuzu onlara bildirməliyik. Və onlara bu sözlərin pis nəticələrini izah etməliyik.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.