Bəs onların ağızlarını nə üçün açıq saxladığını necə?..
25-11-2011 / 15:26
Timsahlar su onurğalılarına daxil olsa da, onu daha çox sürünənlər sinifinə aid edirlər. Timsah sözünün ingilis dilindəki "crocodile" adı yunan dilində "κροκόδειλος" deməkdir ki, bu da "daşla örtülü tısbağa" deməkdir.
Alimlər timsahların 250 mln. il bundan əvvəl yarandığını iddia edirlər.
Timsahlar suda-quruda yaşayan yırtıcıdır. O suda və quruda yaşayan canlılarla qidalanır. Onların uzunluqları 2-5.5 metr olur. Qabaq ayaqlarında 5, arxa ayaqlarında isə 4 barmaq var, çeçələ barmağı yoxdur.
Timsah və alliqator arasındakı fərq isə onların dişlərindədir. Belə ki, timsahların çənələri bağlı olanda, onların alt çənəsindəki 4-cü diş bayıra çıxır, aliqqatorlarda isə bu diş üst çənədən görünür. Ümumiyyətlə isə timsahların dişləri hər 2 ildən bir dəyişir. Bundan əlavə, timsahların ağızlarınun forması "V", alliqatorlarınkı isə "U" hərfinə oxşayır. Onlar günün böyük hissəsini suda keçirirlər. Səhər saatlarında və axşam vaxtı günəş vannası qəbul edirlər. Bu soyuqqanlı heyvanın bədən temperaturu 32-35 dərəcə olur. 38 dərəcədən yuxarı, 20 dərəcədən aşağı temperatur isə ölümcüldür. Bədən temperaturunun azldılması üçün timsahlar ağızlarını uzun müddət açıq saxlamalı olurlar. Bu zaman isə kiçik quşlar onun dişləri arasında ilişib qalan qida qalıqlarını yeyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.