Adını futbol tarixinə dünyanın ən zəif komandası kimi yazdıran Amerika Samoası ilk qalibiyyətini və ilk bərabərliyini əldə edərək pis talehini məğlub etdi.
25-11-2011 / 15:15
Faktxeber.com-un verdiyi məlumata görə, adını futbol tarixinə dünyanın ən zəif komandası kimi yazdıran və bu həftənin əvvəlinə qədər bir xal belə qazanmayan Amerika Samoası ilk qalibiyyətini və ilk bərabərliyini əldə edərək pis talehini məğlub etdi.
Amerika Samoası Dünya Kubokunun Okeyaniya seçmələri qrup oyununda Kok Adalarıyla 1-1 bərabərə qaldı. Bu bərabərlik Amerika Samoasının faciəli tarixində beynəlxalq səviyyədəki ilk bərabərliyi kimi qeydə alındı.
Amerika Samoası bu həftənin əvvəlində Tonqanı 2-1 məğlub edərək tarixində ilk qalibiyyətini qazandı.
FİFA Dünya Reytinqində axırıncı, yəni 204-cü yerdə olan Samoa millisi, eynilə Andorra, San Marino və Montserrat kimi xalsız qalıb.
Ancaq Amerika Samoasının ardıcıl olaraq əldə etdiyi bu iki zəfər dekabrda FİFA-nın yeni reytinqdə Amerika Samoasının dibdən xilas olması gözlənilir.
Amerika Samoası bu həftənin əvvəlinə kimi 31 milli görüşün hamısında məğlub olmuşdu. Bu oyunlardan biri də Avstraliya qarşısında 31:0-lıq məğlubiyyəti idi.
Samoanın tarixi məğlubiyyətləri sırasında 15:0 olan Vanuatu, 12:1-lik Salamon adaları, 13:0-lıq Fici və 18:0-lıq Tahiti oyunları da var.
Qeyd edək ki, Amerika Samoasına tarixindəki ilk qalibiyyəti və bərabərliyi qazandıran baş məşqçi Tomas Rongen bundan əvvəl ABŞ U-20 komandasını idarə etmişdi. Üç həftə əvvəl vəzifəyə başlayan Rongen qısa müddətdə 31 illik faciəni unutdurdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.