Hiddink "Anji" klubu ilə bağlı yekun qərarını verdi
25-11-2011 / 14:51
Futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi Quus Hiddink Mahaçqalanın “Anji” klubunu çalışdırmağa razılığını verib. Rusiyanın “Sovetskiy sport” nəşrinin məlumatına görə, hollandiyalı çalışdırıcı Türkiyə yığmasının baş məşqçisi postundan ayrılandan sonra “Anji” rəhbərliyinin təklifinə cavab vermək üçün müəyyən vaxt istəmişdi. Artıq Quus Hiddink klub rəhbərliyinə yekun qərarını çatdırıb.
Xatırladaq ki, Quus Hiddink Türkiyə yığmasından uğursuz oyunlar silsiləsindən sonra noyabrın 16-da istefaya göndərilmişdi. Baş məşqçi karyerası ərzində Cənubi Koreya, Avstraliya, Rusiya kimi komandaları uğurla çalışdırsa da Türkiyədə uğursuzluğa düçür olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.