Avro 2012-nin ev sahiblərindən olan Ukrayna azarkeşləri narahat etməməsi üçün 250 min heyvanı öldürmək qərarına gəlib
25-11-2011 / 12:35
Faktxeber.com-un verdiyi məlumata görə, Polşa ilə birlikdə 2012 Avropa Futbol Çempionatına ev sahibliyi edən Ukrayna futbol üçün küçədəki heyvanları öldürür. UEFA prezidenti Michel Platininin səfəri vaxtı küçədəki pişik və itlərin çoxluğundan narahat olması hökuməti hərəkətə keçirdi. Dövlət bu problemi heyvanları öldürməklə həll etməyə başladı. Turnirin keçiriləcəyi şəhərlərdən olan Luqanskda əvvəlcə heyvanları vurdular. İndi isə 900 dərəcə istilikdə diri-diri yandırıldıqları bildirildi. Nail olmaq istədikləri rəqəmin 250 min olduğu, indiyə kimi isə 50 min pişik və itin həyatına son qoyulduğu deyildi.
Faşist qırğınına etiraz
Ölkədəki hayvanseverlerin 1 ildir bu faşistvari vəhşiliyə qarşı etiraz fikrində olduğu, amma bütün dünyanın bu hadisəni yeni öyrəndiyi bildirildi. Bəzi ukraynalı vətəndaşlar isə reaksiyasız qaldıqları qırğın üçün "Xüsusilə, itlər gecələri çox təhlükəli olur. Kimsəyə zərər verməməsi üçün öldürüldüklərini düşünürük" ifadəsini işlətdilər. Dünya səviyyəsində www.thepetitionsite.com adlı saytda olunan vəhşiliklə əlaqədar imza kampaniyası başladıldı.
Boykot!
Hayvanseverler tərəfindən qırğına mane olmaq üçün dünya səviyyəsində Avro 2012-yə boykot kampaniyası başladıldı.
BOYUVUZU YERE SOXUM, DOGU TURKUSTANDA CIN ZULMUNDEN BU GUNE QEDER OLENLERIN SAYI 35 000 000-NA CATIB. SESINI CIXARAN YOXDUR. INSANLAR AZAD SEKILDE COLDE , KUCEDE GEZE BILMIR. BIR DEFE BIR BIR QRUM CIXIB BU ZULME QARSHI IMZA TOPLAMAQ FIKRINI IRELI SURMEDI. INDI UKRAYNADAKI IT-PISIYIN DERDINI CEKIRLER. HEYVANSEVERLIYINIZDEN BIR AZ INSANLARA VERIN!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.