Alfred Nobel dinamiti patentləşdirmişdir, (1867-ci il)
25-11-2011 / 11:17
Bu gün — 25 noyabr: Alfred Nobel dinamiti patentləşdirmişdir, (1867-ci il). Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır. (1967-ci il).
Əhəmiyyətli hadisələr
- 1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər.
- 1936 — Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalamışlar.
- 1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
- 1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstan baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmışdır.
- 1977 — BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir.
- 1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
- 1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanmışdır.
- 1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
- 2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
- 2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.
Doğumlar
- 1810 — Nikolay Piroqov - rus cərrah.
- 1820 — Mixail Dostoyevski - rus yazıçısı.
- 1844 — Karl Bens - alman mühəndisi, ixtiraçı, avtomobil istehsalının pioneri, avtomobil konstruktoru. (ö. 1929).
- 1889 — Rəşad Nuri Güntəkin - türk yazıçısı.
- 1981 — Xabi Alonso - ispan futbolçusu.
Bayramlar və xüsusi günlər
- Beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günü.
- Herzegovina.svg Bosniya və Hersoqovinanın Milli günü .
- Surinamın müstəqillik günü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.