Asiya Futbol Konfederasiyası (AFK) dünən Malaziyanın paytaxtı Kuala Lumpurda 2011-ci ilin "ən yaxşılarını" seçib
24-11-2011 / 16:41
Faktxeber.com-un verdiyi məlumata görə, Özbəkistan Futbol Federasiyasından verilən məlumata görə, AFK tərəfindən Səudiyyə Ərəbistanının Əl-Şabab klubunda oynayan 2008-ci ildə də Asiya qitəsində ən yaxşı futbolçu seçilən Özbəkistan millisinin kapitanı Server Jeparov, bu il də "ilin ən yaxşı futbolçusu" seçidi. Yaponiya qadınlardan ibarət milli komandası ilə dünya çempionu olan yerli Norio Sasaki isə "ilin ən yaxşı başq məşqçisi" oldu.
Asiya Çempionlar Liqası kubokunun qalibi olan Qətərin Əs-Sadd klubu Asiyada "ilin ən yaxşı komandası" elan olunarkən, qadınlar üzrə 2011 Dünya Çempionu olan Yaponiya isə "ən yaxşı federasiya" seçildi.
2010 Dünya Kubokunda oyunları dəqiq idarə edən FİFA səlahiyyətli özbək hakim Ravşan Ermatov isə ardıcıl dördüncü dəfə Asiya qitəsinin "ən yaxşı hakimi" seçilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.