Voytek Kviatkovskinin Ərəb və Əndəlus atları barədə hazırladığı heyrətamiz fotolardan bir qismini Sizə təqdim edirik
24-11-2011 / 15:48
Ərəb atına ilk dəfə Ərəbistan yarımadasında rast gəlinib. Başının və quyruğunun xüsusi quruluşuna görə, bu cins bütün dünyada tanınır.
Qeyd edək ki, Ərəb atları ən qədim cinslərdən sayılır: arxeoloji qazıntılar göstərib ki, bu cinsə bənzəyən heyvanlar hələ 4500 il əvvəl mövcud olublar.
İspaniya atı kimi də tanınan Əndəlus cinsinin vətəni isə Piriney yarımadasıdır. Onun nəsli burada uzun əsrlər yaşayıb.
Voytek Kviatkovski atlar barədə kitablar yazan ən məşhur yazıçılardandır. Bu sahədə onun çoxlu təcrübəsi var. Polşada yaşadığı 25 il ərzində o, əsasən də bu cinslər barədə çox maraqlı kitabxana hazırlayıb.
Voytek Kviatkovskinin Ərəb və Əndəlus atları barədə hazırladığı heyrətamiz fotolardan bir qismini Sizə təqdim edirik.
Əndəlus atları
Əndəlus atı -Fantaziya
Əndəlus atları uzun və qalın, yalına və quyruqlarına görə seçilir
Əndəlus atı - Konkistador
Ərəb atları
Ərəb atlarını digərlərindən həm də uzun boğaza sahib olması fərqləndirir
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.