76 yaşlı Hanım Baştan 33 ildir ağızına bir qurtum su ala bilmir
24-11-2011 / 15:36
FaktXeber.com xəbər verir ki, Türkiyənin Sakarya şəhərində yaşlı qadın 33 ildir su içmədən yaşayır. 76 yaşlı Hanım Baştan 33 ildir ağızına bir qurtum su ala bilmir. Su içərkən boğulur və nəfəs almaqda çətinlik çəkir. Yaşlı qadın, ayran və çay içərək su ehtiyacını ödəyir. Suyun dadı üçün darıxan Baştan nənə, pambıqla dodaqlarını islatmala kifayətlənir.
43 yaşında mədə və ağciyərlərindən xəstələnərək həkimə getdiyini və həkimin yazdığı reseptdəki dərmanları istifadə etdiyini qeyd edən Baştan nənə bildirib ki, o gündən bəri su içə bilmirəm. Su içərkən az qala boğuluram. Və nəfəs almaqda çətinlik çəkirəm. Bu şəkildə bir neçə dəfə ölümdən dönmüşəm. 33 ildir ağızıma bir qurtum su dəyməyib. Ayran, çay kimi mayelər qəbul edirəm. Doyunca su içəmyi arzulayıram. Çox həkimə getdim amma diaqnoz qoya bilmədilər.
Türk həkimlər yaşlı qadının narahatlığının böyük ehtimalla psixoloji olacağını düşünürlər: "Əgər xəstənin yemək borusuyla əlaqədar bir problemi olsa, onda çay və ayran kimi mayelərdən də istifadə edə bilməz. Əgər bu mayelərdən istifadə edə bilirsə, deməli onun psixoloji problemi var."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.