AZƏRBAYCAN NƏŞRİYYATININ 3 GÜNDÜR Kİ, İŞIĞI YANMIR
Nəşriyyatda hakimiyyətə yaxın olan qəzet redaksiyalarına çox gözəl formada şərait yaradıblar. Lakin müxalifət düşərgəsinə yaxın olan qəzet redaksiyaları isə bərbad vəziyyətdədir
24-11-2011 / 12:46
Artıq 3 gündür ki, Azərbaycan Nəşriyyatının binasında elektrik enerjisi kəsilib. Bu barədə FaktXeber.com-a nəşriyyat işçiləri məlumat veriblər. Elektrik enerjisinin kəsilməsinə səbəb işıq şitində olan qısa qapanmalar olub. Nəşriyyat rəhbərliyi bunu redaksiyalarda çoxlu sayda istilik üçün istifadə edilən elektrik avadanlıqlarının üzündən baş verdiyini bildirib. Lakin redaksiya işçiləri nəşriyyatın otaqlarında heç bir istilik sisteminin olmadığını və soyuğa görə elektrik avadanlıqlarından istifadə etdiyini söyləyiblər.
“Otaqlarda soyuqdan heç bir halda oturmaq mümkün deyil. Məcburuq qızdırıcı avadanlıqlardan istifadə edək. Nəşriyyatda hakimiyyətə yaxın olan qəzet redaksiyalarına çox gözəl formada şərait yaradıblar. Lakin müxalifət düşərgəsinə yaxın olan qəzet redaksiyaları isə bərbad vəziyyətdədir.”, - deyə redaksiya işçiləri məlumat verib.
Hazırda da nəşriyyat binasının işığı bərpa olunmayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.