ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
HUMANİTAR TƏŞKİLATLAR YƏMƏNDƏ ƏRZAQ QITLIĞINDAN XƏBƏR VERİRLƏR | BERTİ FOQTS JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRIB | VENESUAELLA RUSİYA SİLAHLARI İLƏ SİLAHLANIR | QVİNEYA BİSAUDA HƏRBİ XUNTA HÖKUMƏTİ MÜLKİ LİDERLƏRƏ TƏHVİL VERDİ | SSJ-100 FACİƏSİNİN QURBANLARININ CƏSƏDLƏRİ YAXINLARINA TƏHVİL VERİLİR (video) | "LAY-LAY ÇALAN" ƏMZİK | KANADADA TƏLƏBƏ ETİRAZLARININ 100 GÜNLÜYÜ MİTİNQLƏ QEYD OLUNUB (video) | KOLUMBİYANIN SABİQ PREZİDENTİNƏ SUİ-QƏSDİN QARŞISI ALINIB | İŞĞALÇI ERMƏNİSTAN ORDUSU ATƏŞKƏSİ POZUB | ABŞ PİLOTSUZU YENƏ PAKİSTANA HÜCUM EDİB |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n 3 AYLAR DAXİL OLDU
n HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI
n PROKURORLUQ VƏ NAZİRLİK İTKİN DÜŞƏN UŞAQLA BAĞLI MƏLUMAT YAYDI
n ARDNŞ SULUTƏPƏ OLAYLARINA AYDINLIQ GƏTİRDİ
n BU GÜN BAKIDA HAVA NECƏ OLACAQ?
n İRANDAN QAYIDAN LİVANLI ZƏVVARLAR SURİYADA ÜSYANÇILAR TƏRƏFİNDƏN GİROV GÖTÜRÜLÜB
n BAKIDA İKİ QARDAŞI BIÇAQLAYAN ŞƏXS HƏBS OLUNDU
n HÜQUQ MÜDAFİƏÇİSİ HƏMKARINI İTTİHAM ETDİ
n AXCP TƏŞƏKKÜR ETDİ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
AZƏRBAYCAN HAKİMİYYƏTİNİN BÖYÜK YANLIŞI... - VİDEO
 
 
Fazil Qəzənfəroğlu: "Azərbaycanda müxalifətə qarşı göstərilən münasibət o, qədər acınacaqlı vəziyyətdədir ki, bəzi vaxtlar beynəlxalq təşkilatlara ölkə ilə bağlı hesabat verməyə müxalifət tapılmır"


24-11-2011 / 11:18


"Erkən nikaha girən şəxslər harınlıqdan, qanunu pozmaq üçün, yoxsa yoxsulluqdan qurtarmaq üçün bunu edirlər"

"Hazırda Azərbaycan elm də ideoloji təsir altında fəaliyyət göstərir. Azərbaycanda akademik və professor seçilmək üçün müəyyən ideoloji şərtlər var"

 

Son günlər ölkənin siyasi-ictimaiyyət həyatından kifayət qədər mühüm hadisələr baş verdi. Akademik Rafiq Əliyevin işindən azad olunması, siyasi məhbuslarla bağlı Avropa Şurasının Azərbaycana qarşı səsləndirdiyi tənqidi fikirlər, Milli Məclisdə kifayət qədər qadağaları ehtiva edən qanun layihələrinin qəbul olunması baş verən hadisələrin tərkib hissəsidir. Gündəlikdə olan hadisələrlə bağlı FaktXeber.com-un müsahibi millət vəkili Fazil Qəzənfəroğlu olub. Müsahibə zamanı son günlər ərzində ölkədə baş verən bütün siyasi-ictimai hadisələr münasibət bildirən Fazil Qəzənfəroğlu maraqlı fikirlər səsləndirib.

-    Fazil bəy, akademik R.Əliyevin kafedra müdiri vəzifəsindən azad olunması ölkə müxalifəti və iqtidarı tərəfindən birmənalı olaraq qarşılanmadı. Belə ki, R.Əliyevin vəzifəsindən siyasi fəaliyyətinə görə uzaqlaşdırıldığını iddia edən müxalifətin əksinə olaraq, ölkə iqtidarı bunun sırf akademikin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
-    Rafiq Əliyevin işdən azad olunması ilə bağlı münasibətimi Milli Məclisdə çıxış edərkən açıqlamışam. Mənim bu məsələyə əsas yanaşmam belədir ki, bu cür alimlərlə dünya səviyyəsində nə dərəcədə fəxr ediriksə, o, cür də qiymətləndirməmiz lazımdır. Yanlış fikirdir ki, Rafiq Əliyev, Rüstəm İbrahimbəyov, Ramiz Rövşən və Cəmil Həsənli ziyalı deyil və onların ziyalı adından danışmağa haqları yoxdur. Tamamilə absurd bir yanaşmadır. Kim ki, özündə xalqa söz demək haqqını hiss edirsə, onlara qarşı heç bir məhdudiyyət qoyulmamalıdır. Rafiq Əliyevin kafedra müdirliyindən çıxarılması tam olaraq siyasi bir qərardır. Biz bu məsələyə tənqidi münasibətimizi bildiririk ki, ölkədə çoxsaylı kafedra müdirləri vardır ki, heç biri işə getmirlər. Bu o deməkdirmi ki, onların hamısı işdən çıxarılmalıdır. Belə bir yanlış yanaşma olmaz. Əsas burada elmi qiymətləndirmə meyarları önə çıxarılmalıdır. Ümumilikdə işin nəticələri müqayisə olunmalıdır. Rafiq Əliyevin əgər bu gün yüksək indeksli alman və ingilis dilli nəşrlərdə məqalələri çap olunursa və Azərbaycan alimlərinin belə bir böyük imkanları yoxdursa və gücə sahib deyillərsə, onda əsas bu məhsuldarlıq götürülməlidir. Ona görə də akademikin üzərində bu qədər spekulyasiyaların aparılması yanlışdır. ADNA-nın rektoru Siyavuş Qarayev 2007-ci ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilirsə, dünyada tanınan Rafiq Əliyev müxbir üzvlüyündən o tərəfə gedə bilmirsə və Azərbaycan öz alimini qiymətləndirmirsə, o nə deməlidir, tərifləməlidir ki, ölkədə hər şey yaxşıdır? Bir kitabı və məqaləsi çıxmayan insanlar akademik olurlar, amma dünyada söz sahibi olan və dünya universitetlərində mühazirə oxuyan alimlər hər hansı bir şəkildə hüquqa sahib ola bilmirlər. Azərbaycanda elmə qiymət verilmir. Bu baxımdan da mənim prinsipial yanaşmam odur ki, ziyalı daima hakimiyyətə qarşı müxalif mövqedə olmalıdır. Bizdə elə fikir yaranıb ki, ziyalı sanki məddahlıq və yaltaqlıq etməlidir. Belə bir şey yoxdur. O, siyasi partiyalardır ki, ya hakimiyyəti dəstəkləyər, ya da ki, dəstəkləməz. Ziyalı isə belə bir şey edə bilməz. Ziyalı hakimiyyətə qarşı olaraq tənqidi fikirlər səsləndirə bilər. Alimin özünə məxsus bir şəxsiyyəti var. Rafiq Əliyev sıradan bir alim deyil. O, dünya şöhrətli alicənab və dünya səviyyəsində tanınan nüfuzlu alimlərdən biridir. Ona qarşı atılan addımların bu qədər məsxərəyə qoyulmuşcasına, ona “işə gəlmədiyinə və əmək intizamını pozduğuna görə işdən azad olunursan” demək, ümumiyyətlə universitet və elm mühitinin nə qədər acınacaqlı vəziyyətdə olmasından xəbər verir. Siyavuş Qarayevin Rafiq Əliyevi işdən çıxarması, məncə ədalətsizliyin başqa bir növüdür. Hamı gözləyir ki, prezident Siyavuş Qarayevi Neft Akademiyasının rektorluq vəzifəsindən azad edib, onun yerinə Rafiq Əliyevi təyin edəcək. Siyavuş Qarayev universitetə girəndə, sanki bir kral kimi gəlir. O, universitetə daxil olanda bütün mərtəbələr bağlanır, dəhlizlər boşalır. Hansı ölkədə belə bir şey görünüb ki, rektor bu qədər səlahiyyət sahibi olsun. Universitetin düşdüyü rüşvət girdabı və biabırçı vəziyyəti göz qabağındadır. Neft Akademiyası bu gün normal savadlı kadr belə yetişdirə bilmir. Bu problemləri həll etməkdənsə, ortalığa düşüb dünyaya səs salan alimlərimizə qarşı yanlış addımlar atırlar.

-    Azərbaycandan zaman-zaman yüksək səviyyəli alimlər və professorlar çıxıblar. Lakin müstəqil qazandığımız gündən bu günə qədər ölkədə bir nəfər də olsun yüksək rütbəli alim yetişməyib. Sizcə ölkədə elmin və təhsilin bu səviyyəyə düşməsinin səbəbi nə oldu?        
-    Təhsil və elmimizin bu səviyyəyə gəlib çıxmasının əsas səbəbi ideoloji üsullara elm üslubunun təyin olunmasıdır. Türkiyədə indiyə qədər təhsil ideoloji meyarlarla müəyyən olunurdu və Türkiyə təhsili xeyli geridə qalmışdı. Lakin son 20 ildə tədricən ideoloji meyarlar ortalıqdan qalxmağa başladı və təhsil dünyaya açıldı. Artıq təhsil və bilik modelinin əldə edilməsi sahəsi genişləndirildi. Hazırda Azərbaycan elm də ideoloji təsir altında fəaliyyət göstərir. Azərbaycanda akademik və professor seçilmək üçün müəyyən ideoloji şərtlər var. Eyni halda universitetlərdə və məktəblərdə dərs demək üçün müəyyən possulatlara tabe olmaq lazımdır. Əks halda, deyilən standartlara cavab vermək mümkün olmur. Ölkədə elmi bir az sərbəst buraxaraq, alimi müstəqilləşdirmək lazımdır. Bu məsələlərdə çox ciddi narazılıqlar mövcuddur. Azərbaycan elmi dünyaya açıla və ixtiralara görə patent ala bilmədiyinə görə, inkişafı həddən artıq zəifdir. Ölkədə alimlərin maaşdan kənar bir vasitə ilə dolanışıq imkanları yoxdur. Bu gün Azərbaycan alimi mütləq ya hakimiyyət yanında olmalıdır ki, pulu olsun, ya da elmlə məşğul olub az maaşla yaşamaq sıxıntısını göz önünə almalıdır. İki dilemma qarşısında qalan hər hansı bir alim cəmiyyət üçün artıq yeni bir şey vermək iqtidarında deyil. Ona görə də Azərbaycan sərhədlərini aşan elm adamı barmaqla göstərmək olar. Ölkədə titullar var, elm yoxdur. Bir neçə alim var, amma elm və elmi mühit yoxdur. Ölkədə saxta universitetlər var və universitetlərin əksəriyyəti dövlətin himayəsində fəaliyyət göstərir. Halbuki, universitetlərin hamısı özəlləşdirilməlidir. Ölkənin digər ən böyük xəstəliyi odur ki, insanların özlərində də elmə qarşı olan münasibət bayağıdır. Hamı diplom almaq üçün təhsilin tərəfdarıdır. Biliyin tərəfdarı olan valideyn birliyi yoxdur. Bu baxımdan da elm mühiti olduqca kasad və acınacaqlı vəziyyətdədir və bunun da sonu heç də yaxşı sonluqla nəticələnməyəcək.             



-    Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofor Ştrasserə Azərbaycan hakimiyyəti uzun danışıqlardan sonra ölkəyə gəlmək üçün icazə verdi. Amma Ştrasserdən fərqli olaraq, hakimiyyət ölkədə siyasi məhbusların olmadığı fikrindədir.
-    Hesab edirəm ki, söhbət konkret olaraq siyasi məhbus mövzusundan getmir. Ölkədə eyni halda kifayət qədər vicdan məhbusları var. Siyasi məhbusa qarşı yanaşma bir az fərqlidir. Çünki siyasi məhbus kriteriyaları çoxdur və bu kriteriyaları bütün məhbusları uyğunlaşdırma olduqca çətindir. Hər hansı bir gənci narkotiklə həbs ediblərsə, onun siyasi baxışları o vaxt olur ki, onun hansısa siyasi bir platforması çap edilsin və ya hər hansı bir manifesti ölkədə əks-səda doğursun. Ona görə də bu meyarları təyin eləmək bir az çətindir. Amma mitinqlərə çıxdığına görə, həbs olunan şəxslər vicdan məhbusları hesab oluna bilər. Ölkədə kifayət  qədər vicdan məhbusları var və bunların azadlığa buraxılmalıdırlar. Azərbaycan hökumətinin ən böyük yanlışı odur ki, özü üçün çox ciddi problemlər hazırlayır. Heç vaxt özünə qarşı müxalif olan düşərgəyə qarşı tolerantlıq göstərmir. Söhbət radikal müxalifətdən getmir. Hakimiyyət ümumiyyətlə müxalif fikri sevmir. Dünyada müxalif fikirləri sevməyən hakimiyyətlər heç vaxt güclü olmurlar. Adətən zəif hakimiyyətlər müxalif fikirləri sevmirlər. Çünki, müxalif fikirlər müəyyən dərəcədə manevrlər edərək, ondan faydalanmaq lazımdır. Azərbaycanda müxalifətə qarşı göstərilən münasibət o, qədər acınacaqlı vəziyyətdədir ki, bəzi vaxtlar beynəlxalq təşkilatlara ölkə ilə bağlı hesabat verməyə müxalifət tapılmır. Bu baxımdan da məncə vicdan məhbusları məsələsi öz həllini tapmalıdır. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti Ştrasser gələnə qədər bu problemi artıq həll eləyəcək. Çünki bu həll olunmasa, həmişə Azərbaycana qarşı müəyyən iradlar olacaq. Qarabağ kimi problemi olan bir dövlətin insan haqları istiqamətində hər hansı bir problemi olması münaqişənin həlli üçün müəyyən maneələr yaradacaq. Çox təəssüf ki, Ermənistan hakimiyyəti bu cür məsələlərdə Azərbaycandan daha çevikdir. 11 nəfərin ölümünə səbəb olan mart hadisələrində kifayət qədər insan həbs olunmuşdu. Avropa Şurası baş vermiş hadisələrlə bağlı monitorinq qrupunu Ermənistana göndərmək istədiyi bir ərəfədə Ermənistan hakimiyyəti bütün məhbusları azadlığa buraxdı. Nəticədə də qərarda ermənilərin xeyrinə qurtardı. Heç olmasa belə məsələlərdə ermənilərdən nə isə öyrənmək lazımdır.

-    Həbs olunmuş keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov və AİP lideri Mövsüm Səmədov ölkənin nüfuzlu siyasətçiləri və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi qiymətləndirilib. Sizcə adını çəkdiyimiz şəxsləri siyasi məhbus hesab etmək olarmı?
-    Mən siyasi məhbusun çəkisinin ağır olduğu düşüncəsindəyəm. Siyasi məhbus Soljenitsin və ya hər hansı siyasi partiya lideri hesab oluna bilər. Siyasi platforması olan və ya siyasi seçkidə hər hansı bir mübahisəli qələbə qazan şəxsin siyasi məhbus adlandırılması daha realdır. Vəzifədən çıxardılaraq həbs olunan şəxslərin daha çox vicdan məhbusu adı ilə tanınması doğrudur. Onlara qarşı hər hansı bir məhkəmə prosedurası sifarişli ola bilər. Bu cür sifarişlər həm hakimiyyətdən, həm də daha alt mərtəbələrdən mümkündür ki, verilsin. Bütövlükdə siyasi məhbus adının bu qədər spekuliyasiya olunması doğru deyil. Sırf siyasi fəaliyyəti ilə bağlı həbs olunan şəxslərə siyasi məhbus adı verilməlidir. Adını çəkdiyiniz insanlara qarşı müəyyən prosedur qanun pozuntularının olması mümkündür. Onlara qarşı məhkəmə proseslərində müəyyən qanun pozuntularının olması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu faktların düzəldilməsi və həmin şəxslərin azadlığa buraxılması istiqamətində ortalığa müəyyən tələblər qoyulmalıdır.
 
- Milli Məclisin qış sessiyasında erkən nikah və dini qadağaları ehtiva edən yeni qanun layihələri qəbul olundu. Belə ki, qızların nikah yaşı 17-dən 18-ə qaldırıldı. Sizcə yeni qanun layihəsi erkən nikahların qarşısını nə dərəcədə ala biləcək?
- Əslində yeni qanun layihəsi erkən nikahların qarşısını almaqda yenə də çətinliklər çəkəcək. Erkən nikah eyni halda sosial bir problemdir. Gender bərabərliyinin Azərbaycanda pozulması və insanların özlərinin müstəqil yaşama probleminin həll olunmaması erkən nikah kimi problemlərə gətirib çıxardır. Erkən nikahlar artıq ölkənin sosial bir bəlasına çevrilib. Problemin kökündən fikirləri yayındırmaq üçün, erkən nikahı hüququ imkanın yaratdığı problem kimi təqdim etməyə çalışırlar. Belə bir yanaşma kökündən yanlışdır. İlk öncə insanların sosial problemlərini ortadan qaldırmaq lazımdır. Valideynin yaxşı yaşaması, qızın icbari təhsil alma imkanları müəyyən dərəcədə özlərini yaşatma imkanları həll olunmalıdır ki, bundan sonra hər hansı bir hüquq pozuntularına görə cəza tətbiq edilsin. Hər hansı bir cinayət hadisəsi zamanı ilk növbədə niyyəti araşdırırlar. Məsələn, əgər bir nəfər kimisi öldürübsə, o, bu hadisəni öldürmək niyyəti ilə eləyib-eləməməsi araşdırılır. Niyyətlərə görə fərq qoyulur. Nikah məsələsi də belədir. Erkən nikaha girən şəxslər harınlıqdan, qanunu pozmaq üçün, yoxsa yoxsulluqdan qurtarmaq üçün bunu edirlər. Əgər valideynin evə çörək gətirmək imkanı yoxdursa və ailəsinin yükünü azaltmaq üçün öz övladını ərə verirsə buna kim nə deyə bilər.

- Dini qadağaları ehtiva edən qanunlara qəbul olunmasını necə qiymətləndirirsiz?
- Dövlətin hazırda din siyasəti demək olar ki, iflasa uğrayıb. Hökumət dini tənzimləmə variantından uzaqlaşır. Dövlət dini qadağa yolunu tutmağa başlayıb. Dinlə dövlət özünü ayrı-ayrı cəbhələrdə görməyi qərar alıblar. Dövlət heç vaxt dinə qalib gələ bilməz və dövlətin malik olduğu resurs və ideologiya heç vaxt din üzərində uğur qazana bilmir. Çünki bu partiya və komsomoldan çıxmaq məsələsi deyil. Din bir vicdan məsələsidir. Ola bilsin, bunu dövlət yasaqlasın, lakin qəlbinin içindən Allah qorxusunu və sevgisini çıxardıb ata bilməyəcək. Kimisə yönləndirə bilərikmi, bu dindən çıxıb başqa bir dinə keç. Bunlar yanlış bir yanaşmasının və cahilliyin bir nəticəsidir. Hesab edirəm ki, bu da bədəvi Azərbaycan üçün heç də uğurlu olmayacaq. Daha çox dinlə iç-içə olan və ona sahib çıxan dindarlara qarşı hakimiyyətin isti münasibət göstərməsinə ehtiyac vardır. Bundan əgər imtina edirsənsə, həmin vətəndaş artıq sənin qarşında durmağa məcbur olur. Belə bir qadağa bir sıra cahillərin düşündüyü bir modeldir. Bu model dövlətin özünə ziyan vuran bir modeldir. Mənə elə gəlir ki, Azərbaycan dindarları arasında xarici qüvvələrin əlində alət olanda var. Lakin belə halı bütün dindarlara şamil eləmək və bunun əvəzində xaricdə təhsil almış savadlı dindarları bir kənara qoyub, onun yerinə savadsız dindarların dirçəldilməsinə şərait yaradılırsa, belə bir hal dini maarifçiliyin evinin yıxılması deməkdir. Eyni proses sabahda Avropa və digər xarici ölkələrdə təhsil alan şəxslərə də şamil olunacaq. Onlara da deyiləcək ki, siz xaricdə təhsil aldığınıza görə, Azərbaycan universitetlərində dərs deyə bilməzsiz. Bu yanlış yanaşmadır. Necə ola bilər ki, mən xaricdə təhsil almaq üçün kimdənsə icazə almalıyam. Keyfiyyətli təhsil almaq tam olaraq mənim hüququmdur. Ölkənin universitetləri bərbad vəziyyətdədirsə və təhsil ala bilmirəmsə, nəyə görə gedib xaricdə keyfiyyətli dini təhsil alaraq malik olduğum savadı öz ölkəmdə yaya bilməyim. Mənə elə gəlir ki, bunun bədəli Azərbaycan üçün heç də yaxşı olmayacaq.                                  
- Fazil bəy, Milli Məclisdə eyni halda dini qadağaları ehtiva edən yeni qanun layihəsi qəbul olundu. Artıq bundan sonra bütün dini fəaliyyət dövlət nəzarətində olacaq. Dini təmsil edən şəxslərin təbliğat aparması, xarici ölkəyə təhsil almaq üçün getməsi və qanunda satışı qadağan edilmiş dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu başqa məlumat materialları bütün dini ədəbiyyatların hamısı müvafiq dövlət orqanlarının icazəsi ilə həyata keçirilə biləcək. Tətbiq olunmuş yeni qadağalarla bağlı oxucularımızdan biri  redaksiyamıza sual ünvanlayıb və bu suallarla bağlı  araşdırma aparmağımızı istəyib.
Birinci sual bundan ibarətdir ki, layihədə nəzərdə tutulan "dini təhsil müəssisəsi" deyildikdə nə nəzərdə tutulur? Məsələn, bir nəfər İstanbulda və ya Tehranda yerləşən universitetlərdən birinə dünyəvi elmlər üzrə oxumağa gedir və o, fakültədə həmçinin dünyəvi dərslər ilə birgə İslam dini üzrə fənlər də tədris olunur. Belə bir halda həmin şəxs Azərbaycanda müvafiq qurumdan icazə almalıdırmı? Ümumiyyətlə, o fakültədə planlaşdırılan təhsil "dini təhsil" adlanacaqmı?
- Mən təhsil almaq üçün dini qurumdan icazə alıram və dini qurum mənə istədiyim ölkəyə getməyə icazə vermir. Bu mənim hüququmun pozulması demək deyilmi? Seçim haqqı mənə aiddir. Əgər mən ölkəmdə keyfiyyətli təhsil ala bilmirəmsə, peyğəmbərimiz demişkən təhsil almaq üçün Çinə gedirəm. Mən hansısa xarici dövlətin kəşfiyyat orqanı ilə bağlıyamsa, bununla məşğul olan Milli Təhlükəsizlik Nazirliyi var. Nazirlik mənim fəaliyyətimi nəzarətə götürür və müəyyənləşdirir. Əgər mənim xariclə hər hansı bir bağlılığım varsa, məni ittiham edə bilər. Lakin hansısa ölkədə təhsil almağım vətənpərvərliyimi şübhə altında qoya bilməz. Yəni bu özü absurd və eyni halda təhlükəli bir ittihamdır. Yəhudi və xristian dininin təbliği olar, amma İslam dinin təbliği olmaz. Bu o, deməkdir ki, dinlər arasında bərabərlik pozulur.                        

- Ümumiyyətlə, “Azərbaycandan kənarda dini təhsil almış vətəndaş" dedikdə kim nəzərdə tutulur? Misal üçün mənim dostum bakalavr dərəcəsini Rusiyanın dünyəvi bir universitetində alıb, sonradan isə 2 illik Misirdə, İranda, Türkiyədə dini elmlər üzrə tədris keçib. Bu halda o Azərbaycanda dini mərasimlərdə xütbə və moizə edə bilərmi? Ya da ki, məsələn Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə Təzə Pir məscidində cümə moizələrini edə bilərmi.
- Təbii ki, Şeyxülislam SSRİ dövründə təhsil aldığı üçün bu qanunu ona tətbiq eləmək bir az çətindir. Şeyxülislam həmin dövrdə Daşkənddə təhsil. SSRİ məkanı bizdə ümumi götürüldüyündən yəqin ki, bu qanun cənab şeyxə şamil olmayacaq. Lakin Qafqaz Müsəlmanlar İdarəsində fəaliyyət göstərən digər işçilərin əksəriyyəti isə xaricdə təhsil alıb gəliblər. Bu qanun deyilən şəxslərin hamısı üçün də problemlər yaradacaq. Əslində söhbət ilahiyyat təhsilindən gedir. Təhsilin harada alınması məncə önəm daşımamalıdır. Əsas bilik və elm önəm daşımalıdır. Artıq bundan sonra hər hansı bir ölkədə yüksək formada dini təhsil alaraq ölkəyə qayıtmış şəxs televizora çıxaraq dini maarifçilik istiqamətində söhbət edə bilməyəcək. Bu şeyləri hamısını lisenziya ilə həll etmək mümkün idi. Dini qadağaları bu qədər mürəkkəbləşdirməyə ehtiyac yox idi.  

- Qanunda “satışı qadağan edilmiş dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu başqa məlumat materialları" dedildikdə nə nəzərdə tutulur? Misal üçün, mən bir sahibkar kimi hədiyyələr dükanı açıram və orada müxtəlif hədiyyələr ilə birgə üstündə Məkkə və Mədinə şəhərinin şəkli olan saat sata bilərəmmi? Yaxud adi paltar dükanında hicab satmaq olacaqmı? Yaxud üstündə yazılar olan təsbeh satmaq üçün kimdənsə icazə alınmaldırmı?
- Qanun bu satışlara imkan verməyəcək. Çünki qanun yalnız ixtisaslaşmış mağazalar icazə verəcək. Dini xarakterli materiallar və əşyalar həmin dükanda satılacaq. Lakin hu məsələdə anlaşılmayan bir şey var. Satılan dini ləvazimatlar hər şeydən öncə bir əmtəədir. Hansı komissiya 10 minlərlə kitabı oxuyub bildirəcək ki, hansı düzdür, hansı səhvdir. Bu qadağa dövlət-din münasibətlərini o qədər ciddi zədələyəcək ki, sonra bunun altından çıxmaq həddən artıq çətin olacaq. Şəhərdə olan dini dükanlar, Dini Komitədən “ixtisaslaşmış dini dükan” statusu alacaqlar. Dini əşyalar həmin dükanlarda satıla biləcək. Artıq bundan sonra küçədə və xırda ticarət obyektlərində və başqa yerlərdə buna imkan verilməyəcək.



Xəyal Şükür

 

Şərh et

Çap variantı

Rəylər

səyyah 24-11-2011, 11:18
bu çıxışdan görünür ki,FAZİL müəllim vətənini,xalqını,dövlətini sevir.dövləti idarə edənlərin sırasında nəqədər naşı adamın olduğu cəmiyyətdə baş verən proseslərdən bəllidir.cəmiyyəti qoxutmaqla,milli mənaviyyatımıza yad olan qadağalarla,zülm etməklə dövləti idarə etmək istəyənlər yanılırlar.onlar belə cılız hərəkətləriylə dövlət başçısına süni maneələr törədirlər.
 
AZARI 24-11-2011, 11:18
FAZIL MUALLIM SIZ ABYEKTIV SECILAN BIR DEPUTATSIZ.DAIMA SIZI IZLAYIRIK,SIZA ALLATALADAN KOMAK ARZULAYIRAM CUNKI INDI SOZUNU TAM DEMAYI BACARAN MILLAT VAKILI YOXDUR.SIZI ALLAH MANFI ADAMLARDAN QORUSUN
 

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 15:49 "BİZ MÜVƏQQƏTİYİK, SİZİ DAİMİLƏRƏ TAPŞIRIRIQ, ONLARDAN YAPIŞIN!"

n

16/05/2012 - 18:27 ÜÇ GÜN ÜÇ GECƏ ƏZABLI YOLLARLA...

n

15/05/2012 - 11:06 ƏHALİNİN BANK SEKTORUNA İNAMI AZALIB

n

12/05/2012 - 12:30 "O XAİN 8 NƏFƏRİ GÜLLƏLƏDİ, MƏNİ DƏ YARALADI"

n

11/05/2012 - 13:10 SEYSMOLOQ: "BÖYÜK QAFQAZDA 3-4 ZƏLZƏLƏ OLACAQ"

n

11/05/2012 - 11:02 HACIBALA ABUTALIBOV: "AZƏRBAYCANDA GÜLLƏR İNSANLARDAN ÇOXDUR"

n

10/05/2012 - 08:46 "HEÇ BİR XALQ TOTALİTAR REJİMLƏ YAŞAMAQ İSTƏMİR"

n

08/05/2012 - 12:57 ŞUŞANIN QARA YUBİLEYİ

n

07/05/2012 - 18:02 "ETİRAF ETMƏK İSTƏYİRƏM Kİ, ŞUŞANI ERMƏNİLƏRƏ MƏN SATMIŞAM"

n

02/05/2012 - 15:17 FRANSANIN BAKIDAKI SƏFİRİ ALMANİYALI HƏMKARININ MÜDAFİƏSİNƏ QALXDI

n

02/05/2012 - 15:10 "HƏBSXANADA VİCDAN MƏHBUSLARINI "DEPUTAT" ADLANDIRIRLAR" (foto)

n

27/04/2012 - 10:58 "BİZİ ANLAMAYAN ADAMLAR MƏĞLUB OLDULAR, TARİX DƏ BUNU GÖSTƏRDİ"

n

26/04/2012 - 10:26 AVROPA BİRLİYİ TAMAMİLƏ İFLASA UĞRAYIB

n

24/04/2012 - 13:31 "MƏN TURALI BU YOLDAN HEÇ VAXT ÇƏKİNDİRMƏYƏCƏM"

n

20/04/2012 - 10:37 "HAKİMİYYƏTİ XALQIN SUSQUNLUĞU VƏ İTAƏTKARLIĞI KORLAYIR"

n

18/04/2012 - 14:21 YADDAN ÇIXIB QARABAĞ

n

18/04/2012 - 12:29 "MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"

n

17/04/2012 - 18:01 SİYASİ MƏHBUSLARIN ƏLEYHİNƏ KİMLƏR İMZA ATIB?

n

17/04/2012 - 09:36 "YODSUZ DUZUN ƏKSƏR HİSSƏSİ GÖMRÜK ORQANLARININ "SƏXAVƏTİ" İLƏ ÖLKƏYƏ BURAXILIR"

n

16/04/2012 - 17:29 "İLHAM ƏLİYEVLƏ PUTİN ARASINDA MÜNASİBƏTLƏR NORMAL DEYİL"

n

14/04/2012 - 16:03 "HAKİMİYYƏT ANTİ-TERROR ƏMƏLİYYATLARIYLA "EUROVİSİON"DAN İMTİNA ETMƏK İSTƏYİR"

n

12/04/2012 - 18:05 22 MİN DİPLOMU SAXTA OLAN TƏHSİLDƏN NƏ DANIŞMAQ OLAR?

n

10/04/2012 - 17:46 HANSINDAN İMTİNA ETMƏLİ, RLS-dən, YOXSA QARABAĞDAN?

n

10/04/2012 - 14:00 "HAKİMİYYƏT CƏMİYYƏTİ MƏCBURƏN RADİKALLAŞDIRIR"

n

07/04/2012 - 16:22 "SULUTƏPƏDƏ SÖKÜLƏN EVLƏRİN HAMISI YİYƏSİZLƏRİNDİ"

n

06/04/2012 - 11:29 "AXCP İLƏ MÜSAVAT İNTRİQALARA BAŞLADI"

n

05/04/2012 - 13:34 RƏSMİ BAKI KREMLİN QƏZƏBİNƏ TUŞ GƏLƏRSƏ...

n

03/04/2012 - 15:57 "KİMİNSƏ QƏRARGAHINA GETMƏYƏ NƏ VAXTIM, NƏ DƏ HƏVƏSİM VAR"

n

30/03/2012 - 16:15 QƏRBİN HAKİMİYYƏTƏ QARŞI TƏZYİQİ ÖZ MARAQLARI ÜÇÜNDÜR

n

30/03/2012 - 13:30 "KÜR" DAŞQINLARINA AYRILAN 377 MİLYON MANAT NECƏ İSTİFADƏ EDİLİB?

n

29/03/2012 - 11:08 "AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ SƏHNƏSİNƏ YENİ NƏSİL GƏLİR"

n

28/03/2012 - 14:55 QUBA OLAYI İLƏ BAĞLI ŞÜBHƏLİ NÜANSLAR

n

27/03/2012 - 12:18 ƏRDOĞAN YENİ TƏKLİFİ İLƏ NƏ DEMƏK İSTƏYİR?

n

26/03/2012 - 17:06 "HAKİMİYYƏTİN BORCUDUR Kİ, PROBLEMLƏRİ HƏLL ETSİN"

n

26/03/2012 - 16:00 "HAKİMİYYƏT REPRESSİYANI DAVAM ETDİRƏRSƏ..."

n

19/03/2012 - 14:28 "22 CASUSU HƏBS EDƏNLƏR 7 İLDİR Kİ, ELMAR HÜSEYNOVUN QATİLİNİ TAPA BİLMİRLƏR"

n

17/03/2012 - 16:40 HÖKUMƏTƏ QALSA DEYƏR Kİ, ÖLKƏDƏ YOXSUL YOXDUR

n

16/03/2012 - 16:04 BİR MONİTORİNQ QRUPUNUN İKİ ÜZVÜNDƏN FƏRQLİ MÖVQE

n

15/03/2012 - 16:21 BİR ƏSGƏR ÜÇÜN 80 MİN DOLLAR XƏRC ÇƏKİLƏCƏK YENİ SİSTEMƏ HAZIRIQMI?

n

14/03/2012 - 15:30 EUROVİSİON BOYKOT EDİLƏRSƏ...

n

13/03/2012 - 11:16 "AZƏRBAYCAN PUTİNİN SƏRTLİYİNƏ HAZIR OLMALIDIR"

n

12/03/2012 - 17:12 HAKİMİYYƏT NİYƏ NARAHATDIR?

n

09/03/2012 - 13:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ OMBUDSMANI KƏSKİN TƏNQİD ETDİ

n

07/03/2012 - 15:29 ÖLKƏNİN CİZGİ FİLM SAHƏSİ ACINACAQLI DURUMDADIR

n

05/03/2012 - 13:40 PUTİNİN PREZİDENT OLMASI NƏYİ DƏYİŞƏCƏK?

n

01/03/2012 - 16:21 "SOSİAL NARAZILIQLARIN SONU KÜTLƏVİ AKSİYALARA SƏBƏB OLACAQ"

n

29/02/2012 - 16:57 BAZARDA BAHALAŞMANI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

n

29/02/2012 - 16:20 "KİM GÜCLÜDÜR, O DA HAQLIDIR"

n

27/02/2012 - 17:37 "HAKİMİYYƏT ÇOX CİDDİ DÜŞÜNMƏLİDİR"

n

27/02/2012 - 16:57 ALMANİYA TELEVİZİYALARININ AZƏRBAYCANLA BAĞLI HAZIRLADIQLARI VERİLİŞLƏR NƏDƏN XƏBƏR VERİR?

n

24/02/2012 - 18:08 MİLLİ MƏCLİS XOCALI FACİƏSİNİ SOYQIRIM KİMİ TANIYACAQMI?

n

23/02/2012 - 18:38 KÜR DAŞQINLARI KORRUPSİYANIN VƏ YANLIŞ İDARƏETMƏNİN NƏTİCƏSİ İDİ

n

21/02/2012 - 12:58 ƏSGƏR HƏRBİ MÜDDƏT DÖVRÜNDƏ NƏ QƏDƏR GÜLLƏ ATMALIDIR?

n

20/02/2012 - 17:25 "HƏBSLƏRLƏ ÖLKƏDƏ TƏXRİBAT TÖRƏTMƏK İSTƏYİRLƏR"

n

20/02/2012 - 15:58 "DİNDARLARIN KÜTLƏVİ HƏBSİ İSRAİL VƏ YƏHUDİ DİASPORASI TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR"

n

17/02/2012 - 14:15 GƏNCLİYİMİZİ ONLARA QARŞI GƏLƏN DALĞANIN ZƏRƏRİNDƏN NECƏ QORUYAQ?

n

17/02/2012 - 13:20 MÜNAQİŞƏNİN HƏLLİNDƏ İRLANDİYA MODELİ

n

17/02/2012 - 11:50 "TELEKANALLAR CƏMİYYƏTƏ ZƏRƏR VERƏN VƏ İCTİMAİ ƏXLAQI POZAN PROQRAMLAR YAYIMLAYIR"

n

17/02/2012 - 11:40 "KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞU İNKİŞAF KİMİ TƏQDİM ETMƏK YOX, QARABAĞI QAYTARMAQ LAZIMDIR"

n

15/02/2012 - 13:49 SUMQAYITIN NARKOMANİYA BƏLASI

n

11/02/2012 - 15:25 "ORDU HAKİMİYYƏTİN ƏMRLƏRİNİ YERİNƏ YETİRƏN BİR QURUMDUR"

n

11/02/2012 - 10:53 İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ EHTİMAL OLUNAN HÜCUMLA BAĞLI AÇIQLAMA VERİB

n

10/02/2012 - 14:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ "EUROVİSİON"un HAKİMİYYƏTƏ VURACAĞI ZƏRBƏLƏRDƏN DANIŞDI

n

08/02/2012 - 18:03 ÖLKƏ NİYƏ BU DURUMA SALINIB?

n

06/02/2012 - 18:23 "HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

n

06/02/2012 - 16:29 AZƏRBAYCAN HAKİMİYYƏTİ "NÖVBƏSİNİ" GECİKDİRMƏK İSTƏYİR

n

06/02/2012 - 16:10 AZƏRBAYCAN MİSİRLƏ NƏYƏ GÖRƏ MÜQAYİSƏ EDİLİR?

n

04/02/2012 - 15:25 FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR

n

04/02/2012 - 14:22 "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ"

n

03/02/2012 - 17:44 ZİYALILAR FORUMUNA QARŞI APARILAN KAMPANİYA NƏ İLƏ BAĞLIDIR?

n

03/02/2012 - 11:21 AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

n

30/01/2012 - 17:15 DÜNYA ŞÖHRƏTLİ İSLAM ALİMİ FAKTXEBER.COM-a MÜSAHİBƏ VERİB

n

28/01/2012 - 15:56 "GÜNƏŞLİ" YATAĞINDA DAHA BİR QUYU QAZILARAQ İSTİFADƏYƏ VERİLİB

n

28/01/2012 - 15:50 ƏGƏR HAKİMİYYƏT QORXMASA...

n

28/01/2012 - 15:28 "RÜSTƏM İBRAHİMBƏYOVUN MEDALDAN İMTİNA ETMƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJDIR"

n

25/01/2012 - 15:29 ÜMİDLƏR DOĞRULMADI

n

18/01/2012 - 15:20 İNSAN HAQLARINI ALVERƏ ÇEVİRƏN TƏŞKİLATLAR KİMLƏRDİR?

n

18/01/2012 - 11:26 RUSİYA VƏ ÇİNİN MÜQƏDDƏRATINI HƏLL EDƏCƏK MÜHARİBƏ

n

14/01/2012 - 11:04 "SUSMAQ MƏQAMIDIR VAXTI GƏLƏNDƏ DANIŞACAĞAM"

n

13/01/2012 - 13:41 İCTİMAİ PALATADAN RƏSUL QULİYEVİN İTTİHAMLARINA CAVAB GƏLDİ

n

11/01/2012 - 11:04 "AZƏRBAYCAN HÖKUMƏTİNİN MƏNİM QARŞIMDA MƏĞLUB OLMASI BÖYÜK SİYASİ HADİSƏDİR"

n

10/01/2012 - 14:19 NƏTİCƏSİZ SOÇİ GÖRÜŞLƏRİNDƏ MARAQLI TƏRƏFLƏR AZƏRBAYCAN VƏ ERMƏNİSTAN DEYİLMİŞ

n

09/01/2012 - 17:30 İSA QƏMBƏR: "İLHAM ƏLİYEVİN İSTEFASI GÜNDƏLİYƏ GƏTİRİLMƏLİDİR"

n

07/01/2012 - 13:56 İNFORMASİYALAR İNSANLARIN YALNIZ CİNAYƏT FANTAZİYASINI ARTIRIR

n

06/01/2012 - 17:05 "KRİMİNAL VERİLİŞLƏR İNSANLARA HƏR ŞEYİ RAHAT FORMADA BAŞA SALIR"

n

06/01/2012 - 14:10 "FACEBOOK"UN NARAZI KÜTLƏSİ VƏ AZƏRBAYCAN REALLIĞI

n

06/01/2012 - 11:08 MƏŞHUR KİNOREJİSSORDAN HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ

n

29/12/2011 - 18:09 HƏBSDƏ OLAN İSLAM PARTİYASI LİDERİNİN EVİNDƏ

n

29/12/2011 - 15:10 "MƏN TƏMƏNNASIZ FƏALİYYƏT GÖSTƏRİRƏM"

n

29/12/2011 - 13:15 "MÜSAHİBƏ ALMAĞA ADAM TAPMIRAM"

n

29/12/2011 - 11:34 AHIL İNTİHARI İLƏ DƏ YADDA QALAN 2011-Cİ İL

n

29/12/2011 - 11:30 RÜSTƏM İBRAHİMBƏYOV HAKİMİYYƏTƏ OD PÜSKÜRDÜ

n

29/12/2011 - 09:38 XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV 2011-Cİ İLİ DƏYƏRLƏNDİRDİ - Müsahibə

n

28/12/2011 - 14:44 RÖVNƏQ ABDULLAYEV: "BU TÜRKİYƏ İLƏ BİZİM ARAMIZDA SİRDİR" - Müsahibə

n

27/12/2011 - 14:45 "DİNİ MÜƏSSİSƏLƏRİN MÖVCUDLUĞU DİNİN TƏSDİQİ MƏNASINA GƏLMİR"

n

26/12/2011 - 15:47 RƏSMİ BAKI FRANSANIN HƏMSƏDRLİYİNDƏN İMTİNA EDƏ BİLƏCƏKMİ?

n

24/12/2011 - 14:43 QƏRBİN ƏDALƏTSİZ DEMOKRATİYA PRİNSİPİ

n

22/12/2011 - 17:23 MƏNİ TƏNQİD EDƏNLƏR HƏYATI BİR RƏNGDƏ GÖRÜRLƏR

n

21/12/2011 - 17:27 ""AKDS" PEYVƏNDİ VURULANDAN SONRA UŞAQLAR NİTQİNİ İTİRİR"

n

21/12/2011 - 12:51 ORDUDA BİT PROBLEMİ VƏ QARABAĞIN AZADLIĞI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
HƏSƏN KƏRİMOV
"Yaxşı olardı ki, azərbaycanlı millət vəkillərinin Ermənistana səfərindən danışsınlar. Başda prezident olmaqla, ölkənin digər rəsmiləri ermənilərlə daha çox əlaqə yaradırlar"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.