"Muğam Azərbaycanın sirli-sehrli ənənəvi musiqisidir"
24-11-2011 / 10:35
FaktXeber.com-un AzərTAc-a istyinadən verdiyi məlumata görə, CNN telekanalının “Azərbaycana baxış” layihəsi çərçivəsində reportajlarından biri məhz bu nadir sənətə həsr olunub.
Reportajda tanınmış muğam ifaçısı Alim Qasımov bildirib: “Muğamı ona vurğun insan ifa edirsə, onun ruhunu cismindən ayırıb ilahi bir aləmə aparmaq iqtidarındadır”.
CNN-in müxbiri Cim Klensi qeyd edir: “Muğamın ənənəvi xalq çalğı alətlərinin müşayiəti ilə oxunması səhnənin dekorasiyası qədər əhəmiyyətlidir. Muğam insanı ovsunlayan ritmik bir musiqidir. Alim Qasımov və onun qızı Fərqanə üçün isə ailəvi bir həvəsdir. Muğamı bu ailənin hətta ən kiçik nümayəndələri - tanınmış musiqiçinin nəvələri də ifa edirlər”.
Alim Qasımovun sözlərinə görə, muğam onu qanadlarına alıb ilahi bir məkana aparır və o, yalnız ruhunun cismindən qopması sayəsində auditoriyanı ilahi qüdrətə yaxınlaşdıra bilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.