Arxiv fonduna rejissorun fotosənədləri və başqa materiallar daxil edilib
24-11-2011 / 10:29
FaktXeber.com-un Dövlət Film Fondunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın tanınmış kinorejissoru, Əməkdar İncəsənət Xadimi Ənvər Əblucun şəxsi arxiv fondu yaradılıb.
Arxiv fonduna rejissorun fotosənədləri və başqa materiallar daxil edilib. Sənədlər fonda Ənvər Əbluc tərəfindən təhvil verilib.
Qeyd edək ki, Ə.Əbluc “Bircəciyim”, “Qara gölün cəngavərləri”, “Ağ atlı oğlan”, “Pəncərə”, “Tərsinə çevrilmiş dünya” və digər bədii filmlərin quruluşçu rejissorudur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.