Evindən 8000 kilometr uzaqda yerləşən Mauritius adasında istirahət edən avstraliyalı, texnologiyanın köməyiylə evinə girən oğruları həbs etdirib
24-11-2011 / 10:17
FaktXeber.com-un "Herald Sun" qəzetinə istinadən verdiyi məlumata görə, Mauritius adasında istirahət edən avstraliyalı, iPad vasitəsiylə, üç ədəd kamera quraşdırılmış Melbrundakı evinə baxmaq fikrinə düşüb.
Evini alt-üst edən iki nəfəri görən avstraliyalı, bir dostunun köməyi ilə evinə polis çağırıb. Polis oğruları cinayət başında yaxalayıb.
Oğruların evdəki qiymətli elektronik əşyaları aparmağa çalışdığı bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.