Çempionlar Liqası "D" qrubu oyununda Real Madrid evində Dinamo Zagrebi 6-2 məğlub etdi
23-11-2011 / 12:35
Faktxeber.com-un verdiyi məlumata görə "D" qrubunda "Nəhənglər Liqası"nın favoritlərindən biri olan "Real Madrid" klubu Nuru Şahinin həm ilk dəfə 11-də, həm də kariyerasında ilk dəfə Çempionlar Liqasında oynadığı qarşılaşmada Dinamo Zagrebi 6-2 məğlub etdi. Kral klubu 2-ci dəqiqədə Benzemanın qolu ilə önə keçdi: 1-0. 7-ci dəqiqədə Kallexon fərqi 2-yə çıxardı: 2-0. Bu qoldan 2 dəqiqə sonra Higuain 3-cü qolu vurdu: 3-0. 20-ci dəqiqədə isə türk əslli alman futbolçu Məsut Özil ilk hissənin nəticəsini təyin etdi: 4-0. Real 20 dəqiqə ərzində vurduğu 4 qolla, bundan əvvəl 26 dəqiqədə 4 qol vuran Monaconun rekordunu geridə qoydu. İkinci hissənin əvvəlində Hamit Altintop Məsutla əvəzləndi. 49-cu dəqiqədə Kallexon və 66-cı dəqiqədə Benzema yenidən səhnəyə çıxıb hesabı 6-0 etdilər. Lazımi oyunu göstərə bilməyən Dinamo Zagrebin qollarını isə 81-ci dəqiqədə Beqiraj, 90-da isə Tomecak vurdu: 6-2.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.