Rusiyanın "Anji" klubunun braziliyalı məşqçisi Roberto Karlosun ölkəmizə səfəri baş tutmayıb
23-11-2011 / 10:47
FaktXeber.com xəbər verir ki, R.Karlos güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib. Bu barədə AFFA məlumat yayıb.
Bununla əlaqədar braziliyalı futbolçu fikirlərini bildirib: “Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı. Mənə Bakı şəhərinin və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var”.
Xatırladaq ki, Roberto Karlosun Bakıya dünən gələcəyi gözlənilirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.