Human Rights Watch təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini talaması nəticəsində, həmin il şəhərə ruh şəhər statusu verilmişdir
23-11-2011 / 10:30
- Məşhur yazıçı Ernest Heminquey "Qoca və dəniz" hekayəsinə görə 1954-cü ildə layiq görüldüyü Ədəbiyyat üzrə Nobel Mükafatının təqdim etmə mərasiminə səhhətində problemlərə görə iştirak edə bilməyib.
- Human Rights Watch təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini talaması nəticəsində, həmin il şəhərə ruh şəhər statusu verilmişdir.
- Sibir yupiklərinin ana dili olan Sibir yupikcəsi və Aleut xalqının kiçik qismi tərəfindən istifadə edilən Aleut dili yaxın 25 il ərzində ölü dillər siyahısına qoşulacaq.
- Moai heykəllərinin orta ağırlığı 25 tondur. Heykəllərin yerləşdiyi Pasxa adasında heç vaxt kütləvi insan yaşayışı mövcud olmayıb. Sivilizasiyanın mövcud olmadığı adada mindən artıq heykəllin kim tərəfindən, hansı məqsədlə və nə zaman inşa edildiyi bu gündə məlum deyil.
- Rus Amerikasının ordusu, mərkəzi poçt sistemi və kiçik donanması olmuşdur. Şimal torpaqlarının Amerika Birləşmiş Ştatlarına satılmasından sonra muxtar ərazi 1867-ci ildə ləğv edilmiş 1959-cu ilin 3 yanvar tarixində ərazidə Alyaska ştatı təşkil edilmişdir.
- Nant razılaşmasına qədər Fransada Kalvinizm və Protestantlıq məzhəbindən olanların katoliklər tərəfindən təqib olunması adi hal hesab olunurdu.
- Con Uilks But Amerika Birləşmiş Ştatlarının prezidenti Avraam Linkolnu qətlə yetirdiynə görə dövlət məmurları tərəfindən Merilend ştatı ərazisində yaralı ələ keçirilmiş və yaxınlıqdakı fermanın qəssabxanasında linç edilmişdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.