- Bu gün — 23 noyabr: İngiltərədə ilk dəfə poçt qutuları quraşdırılıb, (1852-ci il).
- Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun vəfatı, (1948-ci il).
- Yaponiya — Əməyə Minnətdarlıq Günü (məhsul yığımının tamamlanması bayramı — Kinpo kansya-no xi).
Əhəmiyyətli hadisələr
- 1919 — Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara alıb. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb.
- 1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.
- 1980 — İtaliyada zəlzələ 5000-ə qədər insanın həyatına son qoyub.
- 1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb. Bununla da, tarixçilər o dövrün mənbələri ilə işləməm imkanı əldə ediblər.
- 1996 — Terrorçular Efiopiya Hava Yollarına məxsus təyyarəni qaçırıb. Lakin yanacağı qurtaran təyyarənin Hind okeanına düşməsi nəticəsində 123 nəfər həlak olub.
- 2009 — Maqindanao qətliamı
Ölümlər
- 1948 — Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov - bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim.
Bayramlar və xüsusi günlər
- Gürcüstan — Georqoba bayramı.
- Cəzasızlığa Qarşı Beynəlxalq Gün.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.