FaktXeber.com xəbər verir ki, Şotlandiyanın Qlazqou şəhərinin cənub-şərqində yerləşən Motervell rayonunda 17 mərtəbəli beton bina, yerləşdirilən 100 kilo partlayıcının partladılması nəticəsində bir neçə saniyədə yerlə bir edilib. Böyük binanın dağıdılması üçün bir neçə aydır ki, hazırlıq gedirdi. Mütəxəssislər, binanın həssas nöqtələrində açdıqları dəliklərə 100 kilo partlayıcı yerləşdirib. Binanın dağılmasını yüzlərlə insan izləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.