"Hesab edirəm ki, dünya iqtisadiyyatında baş verə biləcək hər hansı bir iqtisadi böhran Azərbaycan üçün də arzu olunan deyil"
22-11-2011 / 15:39
ABŞ-da federal büdcə kəsirini 1,2 trilyon dollar azaltmaq üçün aparılan müzakirələrin heç bir nəticəsi olmayıb. Artıq ABŞ-ın maksimum borc həddi 15 trilyon dolları keçib. Anlaşılmazlıq neft bazarında da qiymətləri aşağı salıb. ABŞ xam neftinin yanvar ayına aid satış qiyməti təxminən 2 dollara yaxın enib. Eyni halda Avropa Mərkəz Bankı (ECB) İdarə Heyəti üzvlərindən olan Juergen Stark, avro bölgəsindəki borc böhranının Avropadan kənardakı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına da yayılmaqda olduğu xəbərdarlığını səsləndirib. FaktXeber.com-un “Baş verən proseslərin neft ölkəsi olan Azərbaycana nə kimi mənfi təsirləri olacaq” sualına aydınlıq gətirən Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov və İctimai Palatanın İqtisadi İslahatlar Komissiyasının koordinatoru Qubad İbadoğlu maraqlı fikirlər səsləndirdilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.