ABŞ-da ƏVƏZ ZEYNALLI VƏ RAFİQ TAĞI MÜZAKİRƏ EDİLİB
ABŞ-da Rafiq Tağı və Əvəz Zeynallı haqqında müzakirə açılıb
22-11-2011 / 12:01
Dünən “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, keçmiş vicdan məhbusu Eynulla Fətullayev Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsində rəhbərliklə, o cümlədən təşkilatın sədri John Samuel ilə görüşüb. Görüşdə yazıçı-publisist, keçmiş vicdan məhbusu Rafiq Tağıya qarşı sui-qəsd müzakirə olunub. Eynulla Fətullayev Rafiq Tağının son məqaləsini təşkilat rəhbərinə təqdim edib. Komitə yazıçıya qarşı basqıdan narahatlığını ifadə edib, eyni zamanda azad mətbuatın son durumu ilə bağlı vəziyyət təhlil olunub. Bu barədə FaktXeber.com-a “İnsan Haqları Uğrunda” İctimai Birliyindən Natiq Cavadlı məlumat verib.
Komitə mərhum həmkarımız Elmar Hüseynovun qətli ilə əlaqədar istintaqı və bu yaxınlarda həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə maraqlanıb. Komitənin gəldiyi nəticə odur ki, Əvəz Zeynalllının həbsi siyasi motivlidir və hakimiyyəti tənqid edən məqalələrə görədir. Eynulla Fətullayev hesab edir ki, JMK Əvəz Zeynallı üçün müdafiə kampaniyası aparacaq.
Bu gün isə Mətbuat Azadlığı Mükafatının təqdimat mərasimi keçiriləcək. Tədbirdə 1200-ə yaxın ABŞ-ın tanınmış simaları-siyasətçiləri, jurnalistləri, biznes-elitanının və əyləncə sənayesinin nümayəndələri iştirak edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.