İstehlakı son günlərdə artan nar suyu, antioksidant xüsusiyyəti ilə birgə tərkibindəki vitamin və minerallarla bədən müqavimətini artırır
22-11-2011 / 11:30
İstehlakın son günlərdə artan və mütəxəssislər tərəfindən sağlamlıq baxımından faydalı olduğu bildirilən nar suyunu bu fəsildə əldə etmək daha asandır.
FaktXeber.com-un verdiyi məlumata görə, mütəxəssislər narın tərkibindəki vitamin və minerallar baxımından son dərəcə sağlam bir meyvə olduğunu bildirilər.
Narın antioksidant xüsusiyyəti barədə danışan mütəxəssislər, narın ayrıca olaraq damarları qoruyucu xüsusiyyətinin də olduğunu bildirirlər. Ürək-damar xəstəliklərinin qarşısını almaq xüsusiyyəti olan nar suyu, qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin qüvvətlənməsinə də yardımçı olur.
Qazlı içkilərin bədənin inkişafına mənfi təsir etdiyini söyləyən həkimlər, vətəndaşlara bunun əvəzində soyuq qış aylarında nar suyu istehlak etməyi tövsiyyə edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.