Braziliyalı futbolçu Roberto Karlos bu gün Bakıya gələcək
22-11-2011 / 11:10
FaktXeber.com xəbər verir ki, dünya futbolunun tanınmış simalarından olan Rusiyanın “Anji” klubunda oynayan və məşqçi kimi fəaliyyətini davam etdirən braziliyalı futbolçu Roberto Karlos bu gün Bakıya gələcək. Bu barədə AFFA məlumat yayıb.
Səfərin məqsədi FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatında iştirak etmək, turnirin təşkilati işlərinə dəstək verməkdir. Braziliyalı futbol ulduzunun səfəri noyabrın 24-də başa çatacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.