Yusif Halaçoğlu: ""Muhteşem Yüzyıl" serialına baxanda bir tarixçi kimi ihtihar etmək istəyirəm"
22-11-2011 / 10:12
““Muhteşem Yüzyıl” serialına baxanda bir tarixçi kimi ihtihar etmək istəyirəm”. Bunu qəzetlərdən birinə verdiyi müsahibədə “Türk Tarix Qurumu”nun sabiq sədri, Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili professor Yusif Halaçoğlu deyib.
Halaçoğlu filmdə göstərildiyi kimi hərəmxanaya hamının girib çıxmadığını, qadınların da bu qədər açıq geyinmədiyini bildirib. “Filmdə hamı hərəmxanaya girib çıxır. Belə bir şey ola bilməz. Qadınların da geyimləri o qədər dekolte olmayıb. 17-ci əsrdə İngiltərə sarayından qonaqlar olub və onların müşahidələrindən ibarət sənədlər var. Osmanlı geyimi nümunə göstrilib və belə açıq geyimlərin olduğuna dair heç bir qeyd yoxdur”.
Yusuf Halaçoğlu tarixi olduğu iddia olunan filmin tarixlə heç bir əlaqəsinin olmadığını deyib: “O vaxt salnaməçilər yox idi, amma filmdə tarix yazılır. O vaxt hava fişəngləri yox idi, amma filmdə padşahın ad günü fişənglərlə qeyd edilir. Padşahın hüzuruna heç kim əmmaməsiz çıxa bilməzdi. Hər əmmamə bir rütbə kimiydi. Heç kim padşahla yemək yeyə bilməzdi. Saraya da yeniçəri əsgəri girə bilməzdi. İlk seriyalara baxdım, o qədər səhv var ki, artıq baxa bilmirəm”.
Son nümayiş olunan seriyada övladının ölümündən sonra Xədicə sultanın intihar etməsini isə tarixçi – millət vəkili qəbul etmir: "Belə hadisələr həqiqətə uyğun deyil. O daha uzun müddət yaşayıb. Bütün bunlar xalqın səhv məlumatlanmasına səbəb olur”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.