BMT-nin hesabatına görə, İÇV virusuna yoluxanların sayında 20 faiz azalma olub
21-11-2011 / 18:32
BMT-nin noyabrın 21-də açıqladığı yeni məruzədə deyilir ki, bu il dünyada immun çatışmazlığı virusuna (İÇV) yoluxanların sayı son 14 ildə ən aşağı səviyyəyə düşüb.
FaktXeber.com-un verdiyi məlumata görə, hazırda İÇV-yə yoluxmuş insanların sayı 34 milyon nəfərdir. BMT-nin məruzəsinə görə, son 10 ildə xəstəlik əleyhinə qəbul edilmiş bəzi tədbirlər sayəsində 1997-ci ildən etibarən xəstələrin sayı 20 faiz azalıb.
İÇV infeksiyaları fonunda inkişaf edən QİÇS-dən ölən insanların sayı müalicə imkanlarının genişlənməsi səbəbindən azalıb.
Lakin dünyanın bəzi regionlarında İÇV-yə yoluxma göstəricisi əvvəlkitək yüksəkdir. CAR-da daha çox adam – 5,6 milyon nəfər bu virusun daşıyıcısıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.