"Ola bilsin ki, hansısa xarici qüvvə ölkədə vəziyyəti qarışdırmaq istəyib. Bununla bağlı dövlət başçısına ismarıc veriblər ki, biz istədiyimizi həyata keçirdirik, sən gərək bizim bütün şərtlərimizi qəbul edəsən"
21-11-2011 / 14:03
Dünən ölkənin yazıçı Rafiq Tağı ölümcül bıçaqlanıb. Bir neçə gün bundan əvvəl ABŞ-ın “FOX” televiziyası belə bir məlumat yaymışdı ki, İran hökuməti Azərbaycanda qarışıqlıq yaratmaq üçün ölkənin tanınmış jurnalistlərindən və müxalifət liderlərindən birinə qarşı sui-qəsd törətmək istəyir. FaktXeber.com-un “ABŞ televiziyası tərəfindən yayılan məlumatın Rafiq Tağının ölümcül bıçaqlanması ilə hər hansı bir əlaqəsi varmı” sualına aydınlıq gətirən politoloq Zərdüşt Əlizadə, bu günə qədər baş verən bu cür hadisələrin Azərbaycanda ümumi analogiyanın və vəziyyətin qeyri-sağlamlığından meydana gəldiyini bildirdi: “Hər hansı bir hadisə barədə o vaxt söz demək olar ki, həmin hadisə barəsində dəqiq, qərəzsiz ekspertiza və polis rəyi olsun. Azərbaycanda isə obyektiv, qərəzsiz fikir söyləyən polis və prokurorluq sistemi mövcud deyil. Mənim də əlimdə bu hadisə ilə bağlı hər hansı bir fakt yoxdur. Əgər cani tutulmayıbsa və şəxsiyyəti məlum olmayıbsa, məndə şübhə və təxmin yoxdur ki, kim bunu törədə bilər. Kimin nə üçün etdiyi hələ ki, məlum deyil. Vaxtaşırı olaraq Azərbaycanda qətllər və sui-qəsdlər baş verib. Mən baş verənlərin hamısını Azərbaycanda ümumi analogiyanın və vəziyyətin qeyri-sağlam olması ilə izah edirəm”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.