FaktXeber.com-un verdiyi məlumata görə, İspaniyada La Liqada 13-cü həftə mübarizəsində "Barselona" ev oyununda "Zaragoza"nın daşını daş üstə qoymayıb. Oyun 4-0 hesabı ilə başa çatıb.
Nou Camp stadionunda baş tutan qarşılaşmanın ilk yarısı 2-0 sona çatıb. Mübarizədə "Barselona" komandasına qalibiyyət gətirən qolları 18-ci dəqiqədə Gerard Pique, 43-cü dəqiqədə Messi , 54-cü dəqiqədə Carlos Puyol və 75-ci dəqiqədə David Villa vurub.
Lionel Messi bu oyunda vurduğu qolla aktivindəki qolların sayını 15-ə çatdırıb. "Barselona" 28 xalla "Real Madrid"dən sonra qrupda ikinci sırada qərarlaşıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.