Ay tutlmasını ölkəmizdən müşahidə etmək mümkün olacaq
19-11-2011 / 11:11
Faktxeber.com-un verdiyi məlumata görə, ilin sonuna bir ay qalmasına baxmayaraq, iki astronomik hadisə – Günəş və Ay tutulması müşahidə ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyası yanında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyevin sözlərinə görə, noyabrın 25-də Bakı vaxtilə saat 09.21-də qismən Günəş tutulması olacaq: «Təəssüf ki, bunu Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. Günəş tutulması CAR, Yeni Zelandiya, Tasmaniya, Antarktidadan görünəcək».
E.Quliyevin sözlərinə görə, bundan fərqli olaraq Ay tutulmasını ölkəmizdə müşahidə etmək mümkün olacaq: «Bu möhtəşəm təbiət hadisəsi isə dekabrın 10-u saat 18.31-də baş verəcək».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.