"Çelsi" klubu hücumçu problemini həll etmək üçün üzünü İspaniyaya tutub
18-11-2011 / 16:40
FaktXeber.com "The telegraph"a istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubu hücumçu problemini həll etmək üçün üzünü İspaniyaya tutub. Klub, İspaniyanın "Realmadrid" klubunun futbolçusu Qonzalo İquain üçün inanılmaz təklif irəli sürüb. "Çelsi" "Realmadrid"in 23 yaşlı hücumçusuna 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Qonsalo İquain 2007-ci ildən "Real Madrid"də çıxış edir. Onun hesabında 183 matçda 88 qol var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.