Ümid Partiyası qurumun orqanı olan "Yeni Ümid" qəzetinin nəşrini bərpa edir
18-11-2011 / 14:30
Partiya funksioneri Razi Abasbəyli FaktXeber.com-a bildirib ki, partiyanın İcra Aparatında müzakirələr zamanı qərara alınıb ki, qəzet həftədə bir dəfə nəşr olunsun, lakin kütləvi satışa çıxarılmasın: “Yalnız abunə və göndərilmə qaydasında partiya üzvlərinə və təəssübkeşlərinə satılacaq. Artıq yüzlərlə abunəçimiz var. Qəzet həm də Bakı şəhərində pulsuz paylanacaq”.
Ümid Partiyasına Milli Məclisin üzvü İqbal Ağazadə rəhbərlik edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.