"Ya Çempionlar liqasını genişləndirin, ya da 2014-cü ildən etibarən biz liqada yoxuq"
18-11-2011 / 14:21
FaktXeber.com xəbər verir ki, Avropanın öndə gələn klubları, daha çox komanda, oyun və gəlir istəyirlər. "Barselona" prezidenti Sandro Rosell, UEFA-ya xəbərdaqrlıq edərək bildirib ki, "Ya Çempionlar liqasını genişləndirin, ya da 2014-cü ildən etibarən biz liqada yoxuq."
Çempionlar liqası yalnız futbolun, yalnız Avropanın deyil, dünyanın ən əhəmiyyətli idman təşkilatıdır. Amma belə getsə, UEFA-nın gələcəyi təhlükədədir. UEFA-ya 53 ölkədən 201 klub üzvdür.
Avropa klublar birliyinin əsas 9 böyük klub olan "Real Madrid", "Milan", "Liverpul", "Inter", "Mançester Yunayted", "Arsenal", "Barselona", "Çelsi" və "Bavariya" rəhbərliyi tez-tez bu tələblərini UEFA-ya bildirirlər.
Birlik, Çempionlar liqasındakı komandaların sayının 32-dən 48-ə çıxarılmasını, ölkə çempionatındakı klubların sayı isə 16 klub ilə məhdudlaşdırılmasını istəyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.