Xoruldayırsınızsa, Yaponiyanın icad etdiyi qütb ayısı şəklindəki yastıqdan alın
18-11-2011 / 12:28
FaktXeber.com xəbər verir ki, Yaponiyanın yeni icadı xoruldayan insanlar tərəfindən maraqla qarşılanıb. Yeni qütb ayısı siz xoruldayarkən və ya nəfəsiniz dayanətkən, sizi yanaqlarınızı əliylə yavaş-yavaş tumarlayır və sizi oyandırır.
"Popular Science" jurnalında yayımlanan xəbərə görə, xroniki xoruldama problemi yaşayan və yuxu apnesi xəstəliyi olan insanlara köməkçi olmaq üçün hazırlanan robot yastıq, Tokiodakı Waseda universitetində icad edilıib.
Yapon dilində "dərin yuxu" mənasını verən "Jukusui-kun" adlı qütb ayısı şəklindəki yastıq, bədəninizdəki oksigen səviyyəsini ölçən kiçik əlcək şəklindəki cihaza və yüksək səsi ölçən yataq örtüyünün altındakı sensora bağlanaraq işləyir.
Bundan əlavə bu yastıq xoruldamağın səviyyəsini ölçən mikrofona da sahibdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.