Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir
18-11-2011 / 10:15
Bu gün — 18 noyabr: Mərakeş — Müstəqillik günü.
Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir, (1868-ci il)
ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur, (1999-cu il).
Əhəmiyyətli hadisələr
-1830 — Belçika müstəqilliyini elan etmişdir.
-1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir.
-1918 — Litva müstəqilliyini elan etmişdir.
-1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır.
-1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir.
-1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir.
-1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır.
-1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir.
-1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur.
-1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
-1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
-1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
-1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır.
-1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
-1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
Doğumlar
-1962 — Nils Bor, danimarkalı fizik.
Bayramlar və xüsusi günlər
-Latviya — Latviya Respublikasının elan edilməsi günü.
-ABŞ — Mikki Maus günü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.