Abdullah Avcı Türkiyə milli komandasının yeni baş məşqçisi
17-11-2011 / 17:34
FaktXeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, əbər verir ki, Türkiyə Futbol Federasiyası rəhbəri Mehmet Ali Aydınlar , "İstanbul Böyükşəhər Beələdiyəspor" baş məşqçisi Abdullah Avcı ilə razılaşdıqlarını açıqlayıb. TFF İdarə heyətinin təsdiqləməsi təqdirdə Avcı rəsmən Türkiyə millisinin baş məşqçisi olacaq.
Türkiyə Futbol Federasiyası (TFF) rəhbəri Mehmet Ali Aydınlar bildirib ki, Abdullah Avcı ilə dünən görüşdük. İdarə heyətində bu gün bu mövzunu müzakirə edəcəyik. Əgər baş məçqçi olaraq Abdullah Avcı mövzusunda razılaşma əldə olunsa, bu gün Avcı ilə müqavilə imzalanacaq.
Abullah Avcı ilə əlaqədar rəsmi açıqlama Bakı saatı ilə 19:00-da ediləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.