29 yaşlı futbolçu Darijo Srna, Türkiyədən təklif aldığını açıqlayıb
17-11-2011 / 14:46
FaktXeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Xorvatiya milli komandasının kapitanı, 29 yaşlı futbolçusu Darijo Srna, Türkiyənin "Qalatasaray" klubundan təklif aldığını bildirib.
Türkiyə və Xorvatiya arasında keçirilən oyunu izləyən Fateh Terim oyunçunu bəyənib.
Darijo Srna həmçinin bildirib ki, "Bir müddətdir "Qalatasaray"ın menecerləri vasitəsi ilə təkliflər alıram. "Beşiktaş" klubu da təklif göndərmişdi. Türkiyədə oynayacağım klubun hədəfi Avropa olmalıdır. Türkiyənin futbolunu çox yaxından tanıyıram. Müdafiədəki oyunçular pis deyil. Türkiyədə ən çox Sərvət Çətini bəyənirəm."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.