"Siyasi məhbuslara misal olaraq həbsdəki keçmiş nazirləri, AİP lideri Mövsüm Səmədovu, OMON-çuları göstərmək olar"
17-11-2011 / 10:16
“İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri və tanınmış jurnalist Eynulla Fətullayev siyasi məhbuslarla bağlı FaktXeber.com-a müsahibə verərkən, həmin şəxsləri 3 kateqoriyaya bölmüşdü; ədalətsiz məhkəmə qurbanları, ifadə azadlığına görə həbs olunanlar, yəni vicdan məhbusları və siyasi məhbuslar. Göstərilən kateqoriyaları nəzər aldıqda belə qənaətə gəlmək olur ki, ümumiyyətlə, ölkədə siyasi məhbus yoxdur. Çünki hazırda digər hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus adı verilən şəxslər ya ifadə azadlığına görə, ya da ki, iğtişaş törədikləri iddia edilərək qeyri-qanuni həbs olunublar. Eyni halda həbsdəki şəxslərin hamısı demək olar ki, ədalətsiz məhkəmə nəticəsində uzun müddətlik azadlıqdan məhrum ediliblər. Yaranmış anlaşılmazlıqla bağlı FaktXeber.com-a açıqlama verən Eynulla Fətullayev, məsələnin düzgün başa düşülmədiyini bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.