Şirkət 1000-dən artıq şirkətlə saziş imzalayaraq, 13 milyon musiqi kompozisiyasından istifadə etmək imkanı yaradıb
17-11-2011 / 13:27
Google korporasiyası özünün Google Music musiqi mağazasını təqdim edib. Burada istifadəçilərin Android Market vasitəsilə mahnılar ala bilmək imkanı olacaq.
FaktXeber.com-un verdiyi məlumata görə, internet nəhənginin nümayəndələri bildiriblər ki, onlar EMI Music və Sony "Music" musiqi şirkətləri daxil olmaqla, 1000-dən artıq şirkətlə saziş imzalayaraq, 13 milyon musiqi kompozisiyasından istifadə etmək imkanı əldə ediblər. İstifadəçilər mahnını almazdan əvvəl istənilən kompozisiyanın ilk 90 saniyəlik hissəsini dinləmək imkanına malikdirlər.
Qeyd etmək lazımdır ki, hazırda musiqi mağazasından hələlik yalnız ABŞ istifadəçiləri yararlana bilirlər. Googlu-un musiqi servisinin sınaq versiyası 2011-ci ilin may ayında işə salınıb. Əvvəlcə servisdən yalnız Android platforması əsasında işləyən qurğular istifadə etsə də, sentyabrda ondan iPhone və iPad istifadəçiləri də yararlana bilməyə başlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.