Hollandiyalı mütəxəssis Mahaçqala klubu ilə razılıq əldə edib
17-11-2011 / 12:39
Türkiyə millisinin baş məşqçiliyindən gedən 65 yaşlı hollandiyalı futbol mütəxəssisi Quus Hiddink Dağıstanın “Anji” klubu ilə ilkin razılaşma əldə edib. Bu barədə "Life News" saytı məlumat yayıb. Xəbərə görə, Türkiyə millisinin keçmiş baş məşqçisinin Mahaçqala klubu ilə yalnız müqavilə şərtlərini razılaşdırması qalıb.
Sentyabrın sonlarından “Anji”yə Andrey Qordeyev və Roberto Korles rəhbərlik edir.
Hollandiyalı futbol mütəxəssisi “Anji”nin baş məşqçisi postunda ilk oyununu 2012-ci ilin yazında keçirə bilər. Həmin vaxt Rusiya çempionatında üçüncü mərhələ başlayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.