Bu gün — 17 noyabr: Azərbaycanda Milli Dirçəliş günü.
Panama kanalı gəmilər üçün açılmışdır, (1913-cü il).
Benəzir Bhutto Pakistanın baş naziri seçilib. Bununla da o, tarixə müsəlman dövlətində ilk qadın baş nazir kimi düşüb, (1988-ci il).
Əhəmiyyətli hadisələr
- 1558 — İngilis kraliçası Birinci Yelizaveta taxta çıxmışdır.
- 1918 — İngilis qoşunu Ənzəlidən Bakıya daxil olmuşdur.
- 1922 — Sonuncu Osmanlı sultanı VI Mehmet İstanbulu tərk etmişdir.
- 1941 — ABŞ-da “Jeep” markalı avtomobillərin istehsalına başlanılmışdır.
- 1960 — Moskvada Xalqlar Dostluğu Universiteti təsis edilmişdir.
- 1985 — Kolumbiyada palçıq vulkanının püskürməsi 22 min insanın həyatına son qoymuşdur.
- 1989 — Praqada polis tələbələrin nümayişini dağıdıb. Bununla da Çexoslovakiyada “məxməri inqilab” başlayıb.
- 1990 — SSRİ Ali Soveti Mixail Qorbaçova hakimiyyəti yenidən təşkil etmək səlahiyyəti vermişdir.
- 1987 — Qaragöl Dövlət Təbiət Qoruğu yaranmışdır. Qoruq hazırda Ermənistanın işğalı altındadır.
- 1990 — «Naxçıvan MSSR-in adında dəyişiklik haqqında» Naxçıvan MSSR Ali Soveti Qərar qəbul etmişdir. Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
- 2003 — Bir homoseksualistin keşiş təyin edilməsindən sonra Rus pravoslav kilsəsi amerikan kilsəsi ilə əlaqəni kəsmişdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.