İnternet istifadəçiləri və araşdırmaçılar Qobi səhrasının peykdən görüntülənən foto şəkillərində yeni anlaşılmaz obyektlər müşahidə ediblər
16-11-2011 / 17:22
Faktxeber.com-un verdiyi məlumata görə, «Google»nin peykdən görüntülənən foto şəkillərində əks olunan və dünya internet ictimaiyyətini həyacanlandıran Qobi səhrasında sirli siklopik obyektlərin bir hissəsi eyniləşdirilsə də, bir neçə nəhəng inşaatın əsli və vəzifəsi əvvəlki kimi naməlum olaraq qalır. İnternet istifadəçiləri və araşdırma ilə maraqlananlar peyk görüntülərindən yeni anlaşılmaz tikililəri müşahidə ediblər.
Britaniyanın «The Guardian» qəzetinin yazdığına görə, fotoların bəzilərində sirli heç nə yoxdur, bunlar Çinin varlığını gizlətmədiyi hərbi və sənaye obyektlərdir.
Digər fotolarda isə küləklə işləyən qurğuları aydın görmək olar. Qeyd edək ki, Çin son illər külək enerjisindən istifadədə xeyli irəliyə gedib.
Bununla belə, bloqqerlər yeni sirli obyektlərin görüntülərini əldə ediblər. Məsələn, səhranın tən ortasında yaşıl düzbucaqlı şəklində nəhəng tikilinin məqsəd və vəzifəsinin hələ heç kəs izah edə bilməyib.
Bundan əlavə, nəhəng qeyri-təbii mavi kvadratşəkilli tikilinin təyinatını müəyyən etmək mümkün olmayıb.
Həmçinin öz aralarında birləşən nəhəng xətlərin, iri kvadratların və 28 km ölçüsündə böyük məhəccərlərin kimə məxsusluğu barədə də məlumat almaq mümkün olmayıb.
Bir müddət əvvəl bloqqerlər məlumat yaymışdılar ki, bu konstuksiyaların bir hissəsi hərbi təyinatlar üçündür, Britaniyanın müdafiə məsələləri üzrə eksperti Tim Ripli bu quruluşu Nevada ştatında Pentaqonun «Zona 51» məxfi bazası ilə müqayisə etmişdi. Digər versiya isə ondan ibarət idi ki, çinlilər səhrada irimiqyaslı «xəritə» hazırlayırlar ki, ehtimal olunan hücumda məşq edə bilsinlər, bundan əlavə, onların fikrincə bu obyektlər Çin casus-peyklərinin kalibrləşdirilməsi üçün də ola bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.